Gülümsəmək möcüzələr yaradır!

0
2393
Gülümsəmək möcüzələr yaradır!

 Hər zaman gülümsəyin. Çünki gülümsəmək möcüzələr yaradır. Edilən bir araşdırmaya görə kişilərin % 69'u qadınların gülüşlərinin makiyajlı olmalarından çox daha cazibədar tapır. Yəni, gülümsəmək makiyajdan daha cəzb edicidir. 


Hər yeni doğulmuş körpə gülmə qabiliyyətinə malikdir. Yeni doğulmuş körpələr bir çox hərəkət və səsi ətraflarına baxaraq öyrənirlər. Ancaq elm adamları yeni doğulmuş bir körpənin doğuşdan gülmə qabiliyyətinə sahib olduğuna inanır.

Özünüzü gülümsəməyə məcbur etmək psixologiyanızı düzəldər. Psixoloqlar özünüzü gülümsəməyə məcbur etmənin depressiv ruh halından çıxılmasında köməkçi olduğunu söyləyir.

Gülümsəmək eyni zamanda, yoluxucudur. İsveçdə edilən elmi bir araşdırma gülümsəmənin keçici olduğunu göstərir. Ətrafında gülümsəyən insanlar varkən, sifət asmaq daha çətindir.

ŞƏRH YAZIN