Günə Yaxşı Başlayın!

0
3105
Günə Yaxşı Başlayın!

Bəzilərimiz üçün həyat monoton hal alır. Səhər oyanırıq, işə gedirik və ya evdə qalırıq, bütün gün bir sıra işlər və yenidən yatmaq. Çoxumuz üçün səhərlər sadəcə iş günü anlamına gəlir və evdən çıxmağa sadəcə buna görə tələsirik. Əlbəttə ki, işə gedənə kimi ailədə, yolda, havayla bağlı bir çox problemlərlə üzləşirik. Və problemlərimizi də özümüzlə birgə işə aparır, mənfi enerjini iş yoldaşlarımıza da ötürürük. Bəzilərimizdə isə gün tamam fərqli başlayır. Eyni günü yaşayırıq, amma onlarda hər şey çox yaxşıdır. Bu necə olur?
Gününüzü gecədən planlaşdırın: Biz nəyə görə günə hazır şəkildə başlamırıq? Əgər axşamdan ediləcəklərin siyahısını hazırlasaq, məsələn, səhər menyusunu və ya geyəcəyimiz paltarları və.s onda səhər daha rahat şəkildə oyanarıq və paltarlara və ya maşının açarını hara qoyduğumuza,əl çantamızı yığmağa gedən vaxta da qənaət etmiş olarıq.
15 dəqiqənizi meditasiyaya ayırın: Bəzilərimiz sadəcə erkən oyanmamaq üçün bunu etmirik. Amma meditasiya ilə məşğul olmaq beyni və düşüncələri inkişaf elətdirir. Həmçinin diqqətimizi bir arada toplamağa və mənfi enerjini uzaqlaşdırmağa kömək edir. Dua insan beynində pozitiv bir enerji yaradır.
Ruhlandırıcı nələrsə oxuyun: Günə qəzet oxumaqla başlamaq heç də yaxşı fikir deyil. Çünkü orda üzücü xəbərlər də oxuya bilərik. Bir neçə həvəslədirici,əhvalı artıran və hətta yumoristik kitablar da oxuya bilərik. Bunlar bizə gün boyu müsbət əhval-ruhiyyədə qala bilməkdə yardım edəcək.
Çiçəklər müsbət təsir edir: Araşdırmalar göstərir ki, oyananda parlaq rənglər görmək enerjini və əhvalı artırır.  Ona görə də oyananda görə biləcəyiniz bir yerə rəngli çiçəklər qoyun. Təsirini görəcəksiz.
Kofeni yaşıl çayla əvəz edin: Kofe günə başlamaq üçün yaxşı vasitədir, amma tərkibindəki acılıq sizdə mədə rahatsızlığı, iştahasızlıq yarada bilər. Bunun əvəzinə bir fincan rahatlaşdırıcı yaşıl çay için. Bu sağlığınız üçün də çox faydalıdır.
Yoga hərəkətləri (idman hərəkərtləri) edə bilərsiz: Günə idman edərək başlamaq sizi çox yaxşı hiss etdirəcək. Bu həm bədəniniz üçün yaxşıdır və həm də yaranmış endorfin beyninizi oyaq tutaraq sizdə xoş hisslər yaradacaq. Bəzi yoqa hərəkətləri sizə nəfəsinizi nəzarətdə saxlamağa, əzələrinizi möhkəmləndirməyə və enerjini artırmağa yardım edəcək.  Sizin bədəniniz və zehniniz dünyanı fəth etməyə hazır olacaq.
Sevdiyiniz insanlarla görüş təyin edin: Sevdiyiniz bir insanla görüş həyəcanı səhərə müsbət başlamaq üçün əla vasitədir. Əylənəcəyiniz, xoş vaxt keçirə biləcəyiniz bir görüş sizdə elə həyəcan yaradacaq ki, oyanmağınız üçün alarma ehtiyacınız olmayacaq. Mümkün olduqca belə görüşlərin sayını artırın.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN