Həyatı Mənalı Yaşamaq Ücün Qaydalar

0
8483
Həyatı  Mənalı Yaşamaq Ücün Qaydalar

1. Hər gün 10-30 dəqiqə arası gəzintiyə çıxın və bu zaman GÜLÜMSƏYİN.
2. Hər gün ən azı 10 dəqiqənizi sükutla keçirin.
3.Yuxudan oyananda məqsədlərinizə çatmaq üçün ALLAHDAN kömək istəyin.
4. Təbii qidalara üstünlük verin.
5. Yaşıl çay və bol su için.
6. Hər gün ən azı 3 adamı güldürməyə çalışın.
7. Dəyərli enerjinizi dedi-qodu,keçmişdə olanlar,enerji sorucuları,neqativ düşüncələr ilə tükətməyin.Əksinə, enerjinizi pozitiv işlərə sərf edin.
8. Həyat ədalətli deyil,amma hələ ki yaxşıdır.
9. Həyat kimlərəsə nifrətə sərf edilmək üçün çox qısadır.Onları hər şeyə görə bağışlayın.
10. Sizin hər mübahisəni qazanmağınız vacib deyil.Narazılıqlarla razılaşmağı bacarın.
11. Keçmişinizlə barışın ki o,sizin gələcəyinizi korlamasın.
12. Həyatınızı başqaları ilə müqayisə etməyin.Onların həyatlarının hər bir anı barədə sizin məlumatınız olmaya bilər.
13. Xoşbəxtliyinizə yalnız özünüz məsuliyyət daşıyırsınız.
14. Sözdə fəlakət adlandırdığınız hadisələrə hər zaman bu cür reaksiya verməyə çalışın: "5 il sonra bu nə məna kəsb edəcək?"
15. Ehtiyacı olanlara yardım edin, səxavətli olun.
16. İnsanların sizin haqqınızda nə düşünəcəyi sizi narahat etməsin.
17. Zaman hər şeyi həll edir.
18. Pis və yaxşı situasiya olmağına baxmayaraq, unutmayın ki,o dəyişəcək.
19. Həsəd zaman itkisidir.Sizin ehtiyacınız olanlar artıq sizdə var.
20. Hər gecə yatmazdan öncə bu gün nail olduqlarınız üçün Yaradana təşəkkür edin.

 
 
Korrektə etdi: Günel İbadova 
 

ŞƏRH YAZIN