Həyatın çətinliyinə qarşı necə pozitiv qala bilərik?

0
2359
Həyatın çətinliyinə qarşı necə pozitiv qala bilərik?

Heç bir şeyə səhv etmədən və ya kədərlənmədən nail ola bilmərik. Pozitiv olmaq belə hallardan uzaq durmaq üçün atacağımız ilk addımdır. Bunu etmədiyiniz təqdirdə, əbədi olaraq problemlərə ilişib qalacaqsınız. Bədbinlikdən heç vaxt yaxşılıq doğmaz.

-Mark Li, MDMartin, LLC şirkətinin yaradıcısı və rəhbəri.
 
Pozitiv və düşüncəli olun, heç nəyin ağlınızı qarışdırmasına icazə verməyin. Əgər problemi həll edərkən, hər şey sənin planına uyğun getmirsə cəsarətini itirmə. Şəxsi həyatında və işində olan hər şeyi idarə edə bilməzsən. Çətinliklərlə razılaş və müsbət nəticə əldə etmək üçün əlindən gələni et. Nə qədər çox çalışsan sonda mükafatın da bir o qədər böyük olacaq. 
-Amanda Ruizi, AKR İctimai Əlaqələr firmasının yaradıcısı və sədri. 
 
19 yaşım olanda, mənə xərçəng diaqnozu qoyuldu və elə həmin il müalicə olundum. Bunun sayəsində, optimist və pozitiv dünyagörüşü  qazandım. Amma bu pozitivliyi davam etdirmək təbii ki davamlı zəhmət tələb edir. Kefim olmayanda neqativ düşüncəmi dəyişməyin ən yaxşı yolu şükr etmək və hər gün yaşamağa dəyər bir şey tapmaqdır. Məsələn, keçən il bizneslə əlaqəli səyahətlərdən bezəndə, uçuş zamanı həyatım boyunca əldə etdiklərimə şükr etmək və təyyarədə olmağın necə inanılmaz olduğu barəsində düşünməyə başlayırdım.
-Cenifer Benz, “Benz Communication” adlı cəmiyyətin yaradıcısı və rəhbəri.
 
 
 
Tərcümə etdi : Elmira Cahangirli
 

ŞƏRH YAZIN