Həyatınızı Başdan Yazın!

0
1682
Həyatınızı Başdan Yazın!

Bu dəqiqə kimləri üçün həyat gözəl, kimiləri üçün çəkilməz, kimləri üçün mənasız, kimləir üçünsə normaldır. O zaman həyatını yaxşıya doğru dəyişmək istəyənlərə bir neçə məsləhəti sizlərə təqdim edirik.
Yeməyə olan tələbatımız yuxuya olan ehtiyacımızdan daha çoxdur! Orqanizmimiz qidasız bir neçə həftə fəaliyyət göstərə bilər, ancaq cəmi bir neçə gün yuxusuz qalmaq mümkün deyil. Buna qarşı durmaq isə imkansızdır. Qeyri-ixtiyari mühazirə və iclaslarda, hətta iş stolunun arxasında yatanlar bunu təsdiqləyə bilər. Sükan arxasında yatmaq isə faciələrə səbəb ola bilər. Odur ki, nəzərə alın:  kifayət qədər və müntəzəm yuxu həyati vacib məsələdir. Hətta qidalanmadan da vacib. Lazımi qədər yatmayan insanların immuniteti zəif olur, tez qocalır və tez-tez xəstələnirlər.
Təbii olan ziyansız demək deyil! İfrata varmayın: ot və güllərin hamısı eyni dərəcədə faydalı deyillər. Bəzi təbii inqredientlər qidalanma və kosmetikada səhhətinizdə çox mənfi dəyişikliklər edə  bilər, ən azı allergiya yaradar. Otların əksəriyyətinin tərkibində zəhərlər və toksinlər var. Odur ki, heç vaxt tanımadığınız təbii komponentlərdən istifadə etməyin, tərkibini, təsirlərini öyrənin,  mütəxəssislərlə məsləhətləşin.
Daima nəbzinizi yoxlayın. Təəccüblüdür? Həqiqətən də, nəbz səhhətinizin hansı vəziyyətdə olduğunu göstərən əla meyardır. Bir qayda olaraq, nəbzdəki istənilən dəyişiklik hər hansı bir xəstəliyin sübutudur. Beləliklə, nəbzinizi tez-tez, heç olmasa, gündə bir neçə dəfə yoxlamağa çalışın. Bunu intensiv məşqlərdən və ya məşğələlərdən sonra mütləq, eləcə də sadəcə boş vaxtlarınızda, tıxacda qalanda, işdə oturarkən etmək lazımdır.
Dostlarla, imkan daxilində, çox ünsiyyətdə olun. Tədqiqatlar göstərir ki, dostlarla sıx əlaqədə olan insanlar digərlərinə nisbətən 25% daha xoşbəxtdirlər. Hətta bu əlaqənin real, ya virtual olmasının heç fərqi yoxdur. Sadəcə elektron poçt vasitəsilə yazışın, telefonla danışın. Əlbəttə, xoşbəxt insanlar özlərini bədbəxt hiss edənlərdən daha sağlam və gümrah olurlar.
Yalnız özünüzə məxsus guşəniz olsun. Unutmayın, ünsiyyət, iş və ailə ilə yanaşı bir az özünüzə də vaxt ayırın.  Mütəxəssislər deyirlər ki, kim özünü dinləməyi bacarırsa, emosional cəhətdən daha  yaxşı əhvalda olur, özünü daha cavan hiss edir. Özü haqqında yüksək fikirdə olması isə insanın zəkasının və məntiqi düşüncə qabiliyyətinin inkişafına kömək edir.
Sakitliyinizi qoruyun. Gülməyin, sakitlik ağılsızlığın qarşısını almaq üçün əla vasitədir. Əgər əsəblərinizin gəriləcəyi durum yetişibsə, sakitləşmək üçün ən sadə üsullardan istifadə edin. Oturub  gölərinizi yuma biləcəyiniz sakit yer tapın. Mənzərələri, sevdiyiniz yerləri təsəvvür edin, ən yaxşısı su, bulaq və dənizdir. Heç olmasa, bir neçə dəqiqəliyə belə vəziyyətdə qala bilsəniz, tamam  sakitləşib gücünüzü bərpa edə bilərsiniz. Əgər belə manipulyasiyadan əvvəl və sonra təzyiqinizi ölçsəniz, meditasiyanın təsirini hiss edərsiniz.
Əhvalınızdakı istənilən dəyişikliyə mütləq diqqət yetirin. Məsələ bundadır ki, qadınlar çox vaxt ağrıya dözümlü olurlar və bununla da çox vacib simptomları nəzərdən qaçırırlar. Diş ağrısı, mədədə pozğunluq, yorğunluq və s. Bütün bunlar çox vaxt "sükutla müşayiət olunan ürək tutmalarının" əlamətləri olur. Odur ki, səhhətinizə qarşı laqeyd olmayın. Çalışın, evinizdə ən azından tanometr,  xolesterin və şəkər ölçən aparat olsun.
Orqanizminizi müntəzəm şəkildə təmizləyin. Detoksikasiya ideyası çox gözəldir. Bağırsaq problemlərinizi boş buraxmayın. Bu, xərçəngə səbəb ola bilər. Son tədqiqatlar göstərir ki, sellülozdan çox istifadə edən insanlar bağırsaq xərçənginə tutulmurlar.
Yaddaşınızı izləyin. Doğrudan da, yaxşı yaddaşınızın olmasının nəyi pisdir ki... Yaxşı yaddaşın olması beynin və ümumilikdə səhhətin yaxşı durumda olmasını göstərir. Odur ki, yaddaşınızı məşq  elətdirin. Qətiyyən fikirləşməyin ki, yaş artdıqca o, zəifləyə bilər. 

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN