Həyatınızı Daha Gözəl Yaşayın!

0
2776
Həyatınızı Daha Gözəl Yaşayın!

Bir var yaşamaq, bir də var gözəl yaşamaq. Çox insan yaşasa da gözəl yaşamağı bacarmır. Sizə gözəl yaşamağın kiçik yollarını deyəcəyik:

1. Sınaqdan keç. Müntəzəm olaraq sınaqdan keçməklə, özünü yoxlamaqla insan öz zəif tərəflərini tapır və ümumiyyətlə, hansı bilik sahələrini artırmaq lazım olduğunu aydınlaşdırır. Axı yüksək intellektli insanların həyatda uzunmüddətli yaşama şansı daha çoxdur.

2. Ürəyi müdafiə et. Sağlam ürək çalışan beyinə bərabərdir. Axı məhz o oksigenli qanı insan beyninə daşıyır. Bundan başqa sarımsağı yeməklə o damarlardan gərginliyi çıxardır və qanın maneəsiz axınını təmin edir.

3. Göyərti ye. Əgər kədərli və depressiyadasansa, onda müxtəlif göyərti yarpaqlarından gözəl bir salat düzəlt və ye. Salatlarda bir çox vitaminlər, o cümlədən vitamin E və K var ki, bunlar da məyusluğu aradan qaldırmağa kömək edəcək. Belə olduqda faydalı işləmək qabiliyyəti də bərpa olunacaq.

4. Efirdə maneələrdən qurtul. Əgər sənin başında güclü ağrı və təzyiq varsa, təcili tunes ye. Onda o qədər maqnezium var ki, bu da qan təzyiqini nizama salır.
 
5. Müsbət düşün. Bayağı səslənsə də faktdır. Əgər sən problemlərin səni pessimist insana çevirməsinə yol vermirsənsə, onda ürək tutmalarının riski 23% azalır. 

6. Qabaqcadan düşün. Daha bir zehni fənd. Kaliforniya Universitetinin alimləri bildirirlər ki, əgər səndə dəqiq həyat planı varsa və sən onu izləməkdə davam edirsənsə, onda sənin immun sistemin fəallaşacaq və xəstəliklərdən yaxşı müdafiə edəcək.

7. Cəld və bacarıqlı ol.
Yeni biliklər və bacarıqlar, onların daha dəqiq əldə edilməsində olan müvəffəqiyyətlər, depressiyanın sənin planlarını sındırmağa icazə verməyəcək. Depressiyalar sənin planlarını sındırmağa icazə verməyəcək. Amma əgər yenə də qəmginsənsə, 3-cü bəndə əməl elə.

8. Daha çox çiyələk ye. Seksual aktivliyi yaxşılaşdırmaqdan əlavə çiyələk ABŞ-ın nevrolgiya jurnalının bildirdiyinə görə Alsqeymer xəstəliyindən insan beyinini müdafiə edir və yaddaşı uzunmüddətli yaxşılaşdırır.

9. Şənlən. Harvard Universitetinin alimləri bildirirlər ki, nə qədər bacarırsansa, tez-tez dostlarla aktiv oyunlar oyna (kompyutersiz). Bu stress hormonu olan böyrəküstü vəzin hormonunu aşağı salır.

10. Dostluq et. İnsanın dostları nə qədər çoxdursa bu onun üçün bir o qədər yaxşıdır. Söhbət ondan getmir ki, nəysə lazım olduqda dostdan asanlıqla almaq olacaq. Söhbət ondan gedir k,i aktiv sosial əlaqələr həyatı daha uzun və daha maraqlı edir.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN