IQ-nün aşağı düşməsinin 13 səbəbi

0
7916
IQ-nün aşağı düşməsinin 13 səbəbi

1.Realiti şoulara baxmaq

Avstraliyalı alimlər belə bir maraqlı təcrübə həyata keçiriblər. Onlar iştirakçılara realiti şoulara baxmağa dəvət ediblər. Bundan dərhal sonra isə bilik testindən keçməyə çağırıblar. Məlum olub ki, belə verilişlərə baxanlar baxmayanlardan qat-qat pis testi həll edə biliblər.

2.Şəkər
6 həftədən artıq daim şəkər qəbulu beynin işini zəiflədir, yaddaşın və təhsilin səviyyəsini aşağı salır (Kaliforniya Universiteti).

3.Bir neçə işi eyni anda görmək
Bir neçə elektrik vasitələrindən eyni anda istifadə edən insanlar fikirlərini çətinliklə toplayırlar, yaddaşları zəifləyir və bir-işdən digərinə çətinliklə yönələ bilirlər (Stenford Universiteti).

4.İclaslar
Müasir dünyada iclaslar effektiv iş üçün ənənəvi bir addımdır. Lakin Virciniya kollecinin alimləri müəyyən ediblər ki, qrup halında yığışmaq, əsasən də qadınlarda əqli bacarığın təzahürünün qarşısını alır. Fərqi yoxdur, istər bir neçə hakimin hökmü müzakirə etməsi olsun, istərsə də şənlikdə olsun.

5.Saqqız
Saqqız çeynəmək qısamüddətli yaddaşı zəiflədir, ardıcıllığı və fərqli xüsusiyyətləri yaddaşda saxlamağa təsir edir (Kardiff Universiteti).

6.Piylənmə
Kent Universiteti qarın bölgələrində piylərin götürülməsi əməliyyatından əvvəl 100 insanı xüsusi testdən keçirib. Əməliyyata kimi onların yaddaşı orta həddən zəif idi. Lakin əməliyyatdan 12 həftə sonra yenidən aparılan təcrübə zamanı testlərin qat-qat yaxşı nəticə göstərməsi hamını heyrətə gətirib.

7.Orqanizmin gündəlik ritminin pozulması (əsasən də saat qurşağının dəyişməsi ilə əlaqədar).
Berkli Universitetinin  müəllimləri bir ay ərzində 3 gündən bir dağ siçanlarının yuxu rejimini dəyişib. Məlum olub ki, onlarda neyron hasili normal yuxu rejimindəkilərindən 50 faiz aşağı düşüb.

8.Ftor
Alimlər müəyyən ediblər ki, yüksək ftor olan ərazilərdə yaşayan uşaqlarda IQ səviyyəsi digər ərazilərdə yaşayanlardan aşağıdır. Ftor, əsasən, içməli suların tərkibində olur («Environmental Health Perspective» tibb jurnalı)

9.Uşaq vaxtında cismi cəzalar
Geniş araşdırma zamanı məlum olmuşdur ki, əqli zəifliklərin 5 faizi şillə yaxud da uşaq vaxtı digər cismi cəzalarla əlaqədardır. Belə cəzalar əqli inkişafın qarşısını alır və beyində pozğunluqlara gətirir (Manitob Universiteti).

10.Arabir siqaret çəkmək
Digər zərərli təsirlərlə yanaşı, bu adət  IQ səviyyəsini aşağı salır (Miçiqan Universiteti).

11.Stress
Bu vəziyyət beynində neyronlar arasında rabitəni qırır və hadisələrin gedişində fikrin qarışmasına gətirir. Üst-üstə yığılan stress boz maddənin azalmasına və informasiyanın saxlanılması, həmçinin hazırlanmasına mane olur (Yale Stress Center).

12.Yuxu dərmanı və antidepresantlar
Belə  dərmanları mütəmadi qəbulu çox zərərlidir. Bu dərmanlar yaddaş pozğunluğuna (hətta amneziyaya), ağıldankəmliyə və intihar barədə fikirlərə səbəb ola bilər. Hər iki dərmanın birdən qəbulu isə mərkəzi sinir sisteminin zəifləməsinə gətirir (Amerika təqaüdçülər asossasiyası).

13.Yod çatışmazlığı
Bədənimizin az miqdarda yoda ehtiyacı var. Lakin bundan da vacibi orqanizmin hələ ana bətnində ikən yodla təmin olunmasıdır. Bu maddənin çatışmazlığı döldə fiziki və əqli pozğunluqlara gətirir. Yaşlı insanda isə bu çatışmazlıq IQ-nin zəifliyi ilə nəticələnə bilər (Steady Health).
 

ŞƏRH YAZIN