İşgüzarlıq Və İdarəetmə Haqqında Aforizmlər.

0
8432
İşgüzarlıq Və İdarəetmə Haqqında Aforizmlər.

1.Əksəriyyətin məhəl qoymadığı xırda şeylərə yönələn diqqət,bəzi insanları varlılara çevirmişdir. (Vilhelm Buş)
2.Reklam etmədən biznes aparmaq,tam qaranlıq otaqda qıza göz vurmaq kimidir:siz nə etdiyinizi yaxşı bilirsiniz,amma sizdən başqa bunu bilən yoxdur.
3.Yenə də problemə bir yanaşma tərzi var: İstək- imkanlar çoxluğu ; Istəyin olmaması isə - səbəblər çoxluğudur. (Eduar Əsədəov)
4.Vaxtında çölə atılmış pivə çəlləyi,xalq çaxnaşmasını gəzintiyə çevirir.(Mixail Mamçiç)
5.İşdə çoxlu çətinliklər meydana çıxır onda bütün perspektivlər kölgə altına düşür,elə ki fərsizlik və miskinlik pik həddə çatır,birdən orda təşəbbüs də tapılır.(Eduard Aleksandroviç Sevrus
Voroxov).           
6.Zəiflər müharibə edir,güclülər ilə müharibəyə yol vermir.
7.Ağıllı adam öz səhvindən nəticə çıxarandır,müdrik isə səhvə yol verməyən.
8.Firma haqqında təəssüratlar,ona edilən ilk telefon zəngindən yaranır.(Yapon menecmentinin prinsipi)
9.Başdan boş adama ağıl qoymaq,qayanı qaşımaq qədər mənasızdır.
10.Vaxt həmişə bizə göründüyündən daha gec olur.(Şərq kəlamı)
11.İnsanların bütün bədbəxtlikləri lazım olanı etmədiklərindən daha çox,lazım olmayanı etdiklərindən qaynaqlanır.(Lev Tolstoy)
12.Hamı pul çatışmazlığından gileylənir,ağıl kasadlığından şikayətlənən isə yoxdur.
13.Hər şey əqidədən asılıdır.(Monim, yunan filosofu)
14.Bütün idarə etmə sənəti iki amilə söykənir : mükafatlandırmaq və cəzalandırmaq (II Mehmet, Osmanlı sultanı) 
15.Digərinin etdiyi hər bir şey bizə yanlış görünür,amma elə ki,işin arxasına özün keçdin,onda vəziyyəti iki qat pisləşdirmiş olacaqsan.(Krılov İvan Andreeviç) 
16.Dünyadakı bütün insanlar iki tipə bölünür:saymağı bacara bilən və saymağı bacara bilməyənlər.
17.Bütün ömrü boyu stabil bir işdən yapışmaq daha risklidir, nəyinki öz biznesini qurmağı öyrənmək üçün riskə getmək. Bir risk müvəqqəti xarakter daşıyır,digəri isə ömür boyu davam edir.(Robert Kiosaki)
18.Həyatda qorxmalı olduğunuz heç nə yoxdur,sadəcə başa düşməli olduğunuz şeylər vardır. (Mariya Skladovskaya-Kyur)
19.Hər bir vəziyyətdə təsəlli olacaq nəsə tapmaq olar,sadəcə yaxşı axtarmaq lazımdır.(D.Defo)
20.Öz anlama çərçivəndə sənə elə gəlir ki, sən özün üçün işləyirsən.Lakin anlama çərçivəndən kənar sən o adamlar üçün işləyirsən ki,onlar səndən daha çox anlayır.(xalq hikməti)
21.Qərar vermə zamanı ən pis hal – ümumiyyətlə qərar verə bilməməkdir(hərəkətsizlikdir)
(Т.Ruzvelt)
22.Bilik arxasınca qaçarkən biz öz müdrikliyimizi itirdik.(Т.Elliot)
23.Telefon kitabçası fakt ilə doludur,lakin orda bir dənə də olsun fikir yoxdur.(Mortimer Adler)
24.Cavanlıq vaxtı gözə görünməzlik papağı arzu edirsən ki,gizlicə qız hamamına girəsən, yetkinlikdə banka girmək istəyirsən,qocalanda isə cənnətə.  
25.Sizin gələcək rifahınız öz verdiyiniz qərarlardan asılıdır.(D. Rokfeller)
26.Nəzakətlilik – süni şəkildə yaradılmış yaxşı əhval-ruhiyyədir.
27.Böyük fürsətlər hamının qarşısına çıxır,amma çoxları onlar ilə rastlaşdığını heç hiss etmir. (U.Çenninq).
28.Dahi əməlləri həyata keçirmək lazımdır,sonsuza qədər düşünüb-daşınmaq yox.(Yuli Sezar)
29.Firmaya sadiqlik peşə demək deyil,hələ işləmək də lazımdır. (P.S. Taranov)
30.İdarə etmək çox çətindir,əgər bunu təmiz vicdanla edirsənsə.(Napaleon I)
 
Korrektə etdi:Günel İbadova
 

ŞƏRH YAZIN