Kişiləri nə xoşbəxt edir?

0
2312
Kişiləri nə xoşbəxt edir?

 Kişilər hər zaman qadınıları nə xoşbəxt edir deyə axtarışda olublar. O kişilər üçün bir çox məsləhətlər verərkən, kişiləri nəyin xoşbəxt etdiyini unutmuşuq. Bəli mövzumuz, kişiləri nə xoşbəxt edir? 


Bu sualın cavabını ingilis müşahidəçilər tapmağa çalışıblar. İngiltərədə aparılan araşdırmalar zamanı məlum olub ki, kişilər, əsasən, 37 yaşdan sonra xoşbəxt olurlar. Anspress-in dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu yaşdakı kişilərin çoxu evləndikləri üçün xoşbəxt olduqlarını bildiriblər.

37 yaşa qədər kişilər, əsasən, macəralar axtarır, qadınlara, maşınlara, içkiyə və digər əyləncələrə meyl edirlər. Lakin bu yaşdan sonra kişilər ailə qurmağa, karyerada yüksəlişə, övlad sahibi olmağa daha çox can atırlar.

Aparılan araşdırmalardan məlum olub ki, 37 yaşlı kişləri, əsasən, 5 amil xoşbəxt edir:

Kişilərin 43 faizini ata olmaq, 35 faizini evlənmək daha çox xoşbəxt edir. Qəribə də olsa, 18 faiz kişini azərkeş olduğu komandanın qələbəsi, 14 faiz kişini isə milli komandanın qələbəsi xoşbəxt edir. Kişilərin 17 faizi isə yeni ev aldıqda özlərini xoşbəxt hiss edirlər.

ŞƏRH YAZIN