Mən Pozitiv İnsanam

0
2002
Mən Pozitiv İnsanam

Sevgi ilə baxanda dünyanın dəyişə biləcəyimi bilirəm.
Sevgi ilə baxanda hər şeyi daha aydın görə bilirəm.
Tənqidi düşüncələrimi bağışlayıcı düşüncələrlə əvəz edə bilirəm.
Hədəflərimdə son dərəcə qərarlıyam.
Daxili mənliyim məni həmişə fərdi inkişafa doğru istiqamətləndirir.
Bağışlamaq hissi həmişə ürəyimdədir. Bu həmişə insanlarla münasibətimi asanlaşdırır.Bağışlamağa hazıram.
Bütün vərdişlərim məni doğru yola aparacaq vərdişlərdir. Mən yenilərini də öyrənməyə hazıram.
Mən azadam.Tamamilə azad. Fikirlərimdə azad, xəyalımda azad, ürəyimdə azad. Çünki mən buna layiqəm.
İstənilən hadisədə pozitivi görə bilirəm.Çünki mən həyata sevgi və sevinclə baxıram.
İstədiyim hər şeyi əldə edə bilərəm.Çünki hədəflərimdə çox qətiyyəm.
Bu dünyanın istənilən yerində mən özümü təhlükəsiz hiss edirəm.Çünki bura mənim evimdir.
Güzgüyə baxanda sevgi dolu bir insan görürəm.Bu mənəm.Hər zaman özümə qarşı diqqətliyəm.Ən böyük dostum mən özüməm.
Daxilimdə inanılmaz bir güc var.Bu güclə özümü istədiyim kimi dəyişdirə bilərəm və mənim gücüm məni istədiyim yerə aparacaq.
Gözəllik məni canlandırır və ruhumu dincəldir.Mən də gözəlliyin özüyəm.
Bədənim dinc və sağlamdır, mən də eləyəm.Xoşbəxtəm və zamanın nəbzini tuta bilirəm.Hər andan zövq alıram.Çünki bu mənim həyatımdır.
Mən qərarlı bir insanam,həyatımın necə olacağına mən qərar verirəm.
Kainat qüsursuz bir nizama malikdir,mən də bunun bir hissəsiyəm.
Özümü çox sevirəm. Çünki mən dünyanın mərkəzindəyəm.

 
Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN