Nə Arzuladığınıza Diqqət Edin!

0
2594
Nə Arzuladığınıza Diqqət Edin!

Hər birimiz uşaq yaşlarından indiyə kimi arzularla böyümüşük. elə indi də arzularımız var. Bir çoxumuz sadəcə arzu etməklə yetinər, arzuya doğru addımlamarıq. Bəzən də bizim arzu etdiklərmiz deyil də tam əksi reallaşır və biz buna görə hamını günahlandrıb, Tanrıya qarşı belə çıxırıq. Biz düşünürük ki, həyat bizə qarşı çox ədalətsizdi və biz dünyada sadəcə piyadayıq,lakin bu tamamilə yanlış düşüncədi. Bizim arzularmızın reallaşmamasının əsas səbəbkarı elə özümüzük. Biz ,sadəcə, bu mövzuya düzgün yanaşmırıq və arzularmızı düzgün qurmuruq. 

Sizin arzunuz ilk öncə real və onun reallaşmasına az da olsa ehtimal olmalıdı. Həmçinin öncədən düşünmək lazımdı. Sizə bu həqiqətənmi lazımdı? Bəzən bizim arzu etdiklərmiz, o qədər də önəmli  və həyat əhəmiyətli  olmur. Boş yerə demiyiblər ki, "Öz arzularınla ehtiyatlı ol, onlara həyata keçə bilər". Bu səbəbdən nə arzu edərsənizsə ilk öncə düşünün. 

Arzunun müddəti də uzun olmamalıdı. 5-10 il sonra reallaşdıracağınız bir şeyi arzu etmək mənasızdı. Çünki siz bilmirsiniz, o zaman həyatınız necə olacaq. İcrası əvvəlcədən düşünülmüş arzu sizə gələcəkdə lazım olmayacağı kimi hətta neqativ nəticələrə də gətirib çıxara bilər. Bir sözlə, bu günlə yaşayın və hal hazırda aktual olan məsələlərlə məşğul olun. Öz arzularnızda “Yox”, “İstəmirəm” kimi notlardan istifadə etməyin. Çünki bizim beynimiz neqativ notları qəbul etmir. Ümumiyyətlə, hər zaman pozitiv düşünmək lazımdı. Bu səbəbdən arzularınızdan bütün neqativ fikirləri uzaqlaşdırın. “Kasıb olmaq istəmirəm, kök, tənha olmaq istəmirəm...” fikirləri əvəzinə “varlı olmaq istəyirəm, düzgün qamətli, xoşbəxt olmaq  istəyirəm...”  fikirlərini formalaşdırın. Psixologiyada belə bir fikir var ki, bir fikirə, arzuya yönəlsən bu sizə əks təsir edə bilər.  Dilədiyiniz arzunu bütün gün  düşünmək ona yönəlmək lazım deyil. Bu sizi ətrafınızdan uzaqlaşdırıb, özünüzə qapanmanıza səbəb ola bilər, eləcə də sizi, depressiya vəziyyətinə də sala bilər. 
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN