Necə Edək Ki Pozitiv Düşünək?

0
4975
Necə Edək Ki Pozitiv Düşünək?

Pozitiv düşünmənin nə olduğunu bilmək üçün, şüuraltımızın işləmə prinsipini anlamalıyıq. İnsan beyni iki hissədən ibarətdir: Biri özündə aktiv təfəkkürü, digəri isə şüuraltını təşkil edir. Burada nəfəsalmanı, əzələ və digər prosesləri idarə edən, doğuluşdan yazılmış olan proqramlar vardır. Qeyd etdiyimiz və bunu kimi digər prosesləri biz şüurlu şəkildə idarə etmirik. Daha dəqiq desək şüuraltının istəklərinə tabe oluruq. 
 
Gün ərzində beynimizdən orta hesabla 50 000 fikir keçir. Əgər onlardan çoxu pozitiv olarsa, həyat keyfiyyəti yüksələr. Ona görə ki, yaxşı fikirlər əməllərə çevrilir. Necə edək ki, fikirlərimizi idarə edə bilək. Artıq fikirlərin maddiyata aid olması faktı aksioma çevrilib. Hərkəsin bunu öz üzərində təcrübə etmək şansı var. Misal üçün gözəl bir şey haqda düşünün,. Daha sonra isə bunu beyninizdə sözlərlə ifadə edin və gün ərzində təkrarlamağa çalşın. Yalnız bu zaman o, beynimiz üçün bir proqrama çevrilə bilər. 
 
Sözlər çox vacib olduğu üçün bir təcrübə keçirin. Fikir verin gün ərzində öz leksikanızda xüsusən hansı sözlərə rast gəlmək olar. Hansı sözləri bəlkə fərqinə varmadan və digərlərinə nisbətən daha çox deyirsiniz?. Sizdən "dəhşət" , "çox pis" , " bezdim" , "yenə pul yoxdu" , " həddən çox kökəm" kimi sözləri tez-tez eşitmək olar? Unutmayın ki, məhz bu cür sözlərdən saçan neqativ, dediyinizi həyata keçirməyə və gələcəkdə bunun daha çoxunu yaratmağa qadirdir. Bəs onda bu cür sözlərin var olmasına icazə verməyə dəyərmi? Yəqin ki, yox.
 
Özünüzə bu cür həyat sxemi qurmaqdan və özünüzü çətinliyə salmaqdan əl çəkin. Fikirlərinizin məşqinə elə indi başlayın. Həyatınızdakı bütün neqativ sizin enerjinizlə qidalanır. Buna görə də qovun onları kənara. Sevdiyiniz işlə hər gün məşğul olun. Qoy bu sizin hobbiniz olsun. Çalışın ətrafınıza və həmçinin də evinizə xoş olmayan insanları buraxmayasınız.
 
Hərkəsin çətinliyi olur. Nə qədər az şikayətlənsəniz, sizin üçün bir o qədər də yaxşı olacaq. Adətən belə şikayətlərin məqsədi bədbinliyə dəstək və acımaq hissinə nail olmaqdır. Siz bədbin insan olmaq istədiyinizdən əminsiniz? Güclü olun və bundan yüksəkdə durun. Yaxınlarınızın yanınızda olması və gərəkli olan köməkliyi etmələri kifayətdir. Vəziyyətin müsbət inkişafı haqda düşünün.
 
Taleyinizdən gileylənməyin. Taleyiniz - sizsiniz. Və kainat sizdən "mən bədbəxt və şanssızam" sözlərini eşidəndə bunu yaradılmalı olan bir şey kimi qəbul edir. O insanlar ki öz səhvlərinə deyil, bacarıqlarına fokuslanırlar, onlar mütləq pozitiv nəticələr əldə edirlər.
 
 
 
Tərcümə etdi : Məhbubə Gülməmmədova 

ŞƏRH YAZIN