Onları Xoşbəxt Etmək Çətin Deyilmiş!

0
1827
Onları Xoşbəxt Etmək Çətin Deyilmiş!

Siz də düşünürsünüz ki, qadınları xoşbəxt etmək çətindir? Elə isə, yanılırsınız. Çünki onları xoşbəxt etmək düşündüyünüz qədər çətin deyilmiş. Bir çox kişilər qadınların özlərinin belə nə istədiklərini bilmədiklərini iddia edirlər. Bu anlaşılmazlığı qadınlar özləri saxlasalar da, əslində heç də belə deyildir. İstənilən qadını asanlıqla xoşbəxt eləmək olar. Bütün qadınlar fərqlidir? Bəli. Lakin bəzi baza maddələr var ki, onları yerinə yetirərək, 95% qadını xoşbəxt eləmək olar.

1. Aktiv olun

Bir çoxları münasibətlərdə əziyyət çəkmək istəmir, aktiv olmurlar. Onların yedizdirən, öpən qadınları yoxdur. Bu əlbəttə kədərlidir. Qadını kinoya, kafeyə, həyətə, teatra, matça aparın. Gül alın, şokolad, ziynət əşyaları alın. Aktiv kişilər heç bir zaman tək olmurlar. Üstünlüyü ələ keçirin. Qadın xoşbəxtliyi – kişinin "niyə", "nədən" suallara özünün cavab tapmasıdır.

2. Diqqətcil olun
 
Hər dəqiqə zəng edib qadını bezdirmək lazım deyil. Lakin qadın bilməlidir ki, siz onu unutmamısınız. Bu sms, zəng, sosial şəbəkələrdə mesajlar ola bilər. Görüşlər arası fasilələrdə qısa əlaqələr yaradın. Bu stabillik, əminlik və qadın xoşbəxtliyini təmin edəcək.

3. Səliqəli olun
 
Kişilər geyimi yerə-göyə atmağı xoşlayırlar. Lakin qadınlar uşaqlıqdan səliqəli olmağı öyrəniblər. Əgər qadın sizin tez-tez qonağınız olursa, bu zaman ən azından yatağınız və hamam-tualetiniz təmiz olmalıdır. Özünüz də səliqəli görünməlisiniz, bunu unutmayın!

4. Ona hisslərinizi bildirin
 
Siz artıq birlikdəsiniz - gəzməklər, tanışlıqlar. Lakin bir müddət sonra artıq qadın başqa şeylər hiss etmək istəyir. Ona onu sevdiyinizi, istədiyinizi hiss elətdirin. Qadın sizin emosiyalarınız barəsində bilməlidir, əks halda ayrılıq yaxınlaşa bilər. Qadın sevildiyini bilsə özünü xoşbəxt hiss edəcəkdir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN