Optimist olmaq üçün 5 səbəb

0
5211
Optimist olmaq üçün 5 səbəb

Səbəblərdən biri: optimistlər dolların yenidən 0,78 azn olacağına inanırlar.

Əgər əzəldən pessimistsiniz isə, bu zaman sizə tunelin sonunda işıq görmək üçün bir neçə strategiya seçmək lazımdır.

Alimlərin fikrincə minnətdarlıq və şükür etmək optimizmə açılan qapıların açarıdır. Hər bir yaşadığınız gündə 3 müsbət tərəf tapın və minnətdar olun, şükür edin. Üstəlik ətrafdakılarınızın da xoşbəxt olmasına kömək olun. Aparılan araşdırmalar göstərir ki, yoxsullara və imkansızlara yardım edən insanlar özlərini daxilən xoşbəxt hiss edir. Xoşbəxt olmanız sizin sağlamlığınıza da müsbət təsir göstərəcək.

Ürək

Alimlərin iddiasına görə optimistlərin ürəyi daha sağlamdır. Əsas səbəblərdən biri qanda şəkərin norması və yaxşı xolesterinin çox olmasıdır. Bunu optimistlərin daha hərəkətli həyat tərzinə və pis vərdişlərdən uzaq olmalarına bağlayırlar. Bu üstünlük stres, derpressiya ilə də mübarizədə sizə kömək olacaq.

İmmunitet

Araşdırmalara görə optimstlər pessimistlərdən daha az xəstələnir. Alimlər əmindirlər ki, əhval-ruhiyə ilə sağlamlığın birbaşa əlaqəsi vardır.

Ağıl zəifliyi

Fin alimləri iddia edirlər ki, pessimist, daim neqativ olan insanlar ağıl zəifliyi ilə üzləşə bilərlər. Daimi neqativ ağıl imkanlarını zəiflədir. Hər halda öz üzərinizdə sınamaq istəməyəcəksiniz.

Dərman preparatları

Oksford Universitetinin alimləri iddia edirlər ki, ağrıkəsici dərmanların effekti, onların təsirinə inandığınız zaman ikiqat qalxır.

Digər tərəfdən, əgər dərmanların təsirinə inanmasanız onların sizə heç bir xeyiri olmayacaqdır. Alimlərin fikrincə bu proseslər insanın beynində baş verir və səbəb insanın optimist və ya pessimist olmasıdır.

Uzun ömür

Alimlər inanırlar ki, xərçəng və ürək-damar xəstəliyi olan optimistlər, eyni xəstəliyə tutulmuş pessimitlərdən daha çox yaşayırlar. Əsas səbəb burda stresə davamlılıq qeyd olunur.


 

ŞƏRH YAZIN