Özgüvən Nədir? Özgüvən Azaldığı Zaman Nələr Etməliyik?

0
8863
Özgüvən Nədir?  Özgüvən Azaldığı Zaman Nələr Etməliyik?

Özgüvən insanın uğuru, xoşbəxtliyi, özünə qarşı mənmuniyyəti, öz mənliyinə olan hörmətinin ifadəsidir. İnsan sahib olduğu özgüvən sayəsində iş həyatında , özəl həyatında böyük nəaiyyətlər əldə edə bilər. Özgüvənsizliyi isə alilədə, məktəbdə, işdə xoş olmayan hadisələr nəticəsində ortaya çıxır. Belə olan halda insan özün cəmiyyət içərisində ən lazımsız, bacarııqsız biri kimi hiss edir. Yaşanılmış bəzi pis hadisələrə görə insan özünə qarşı mənfi düşünməyə başlayır.İnsanın öz mənliyi körpəlikdən inkişaf etməyə başlayır. Uşaqlıqdan etdiyimiz davranışlara görə ana-atalarımızın bizə qarşı olan münasibətdən olan dəyəri mənimsəyirik. Yaradıcılığınız, imtahanladan aldığınız nəticələr, yaşıdlarınızla davranışlarınız ,etdiyiniz ev tapşırıqları və s. müxtəlif  davranışlarınıza görə sizin üçün vacib saydığınız insanların sizi dəyərləndirməsi sizin özünüzə qarşı dəyərlədirmənizə bir başa təsir edir. Daima tənqid olunan, cinsi istismara məruz qalan, etdikləri görülməyən, insanlar tərəfindən saya salınmayan insanların hər zaman özgvən əksiklikləri olur.

Özgüvən əksikliyi olan insanlarda olan davranışlar :
Özünü və xarici görünüşünü bəyənməmə;
Həddən artıq utancaqlıq;
Tək qalmaq istəmək;
Heç vaxt YOX deyə bilməmək;
Başqalarını günahladırmağa meyillilik;
Qərar verə bilməmək;
Utanc və günahkarlıq kimi mənfi hisslər;
Özü haqqında daim mənfi düşüncələr;
Ümidsizlik, bədbəxtlik kimi hisslər yaşayanlar.
Bəzən  özgüvən əksikliyi yaşayan insanlara qarşı ele düşünülür ki, bu insan ele bele doğulub , belə də qalmalıdır. Bu tamamən yalnış fikirdir. Bunun aradan 
qaldırılması üçün bundan əziyyət çəkən insanlar müxtəlif terapiaya ilə özünə qarşı olan düşüncələri dəyişə və həyatını daha da müsbətə doğru apara bilər.Beləliklə bu 
terapiyalar sayəsində insanlar beyinlərinin bir küncündə ilişib qalmış problemləri silib ata bilər.
Özgüvənin azalması zamanı tətbiq edilməsi gərəkən tövsiyyələr:
Pozitivə köklənmək və özünü daha yaxşı hissedəcəyi insanlarla münasibət qurmaq;
Həyatda hədəflərini və etmək istədiklərini yaxşıca təyin etmək;
Yeniliklərə açıq olmaq;
Lazım olanda YOX deyə biləməyi bacarmaq;
Ancaq mənfi tərəflərini fikirləşməyi unudub müsbət tərəflərini görəbilmək;
Öz potensiallarının fərqinə varmaq;
Yaxşı bir şeylər edib bacardığı zaman özləri ilə qürur duymağı bacarmaq.
Ətrafınıza baxdığınız zaman özünü sevməyən, özü haqqında daim mənfi şeylər düşünən, münasibət qurmayan kifayət qədər insanlar görə bilərsiniz. İş həyatında , özəl həyatında və digər zamanlarda etdiklərini dəyərləndirən, onun fərqində olan,özünə və digərlərinə hörmət edən insanlar daima addım – addım irəliləyən və inkişaf edən insanlardırlar. 
 
 
 
 Tərcümə etdi : Sara Məmmədova 

ŞƏRH YAZIN