Psixoloqlar Deyir Ki ....

0
5560
Psixoloqlar Deyir Ki ....

Xoşbəxt olmaq üçün mütləq bunları edin:

1–Dostlarınızın yanında özünüzə hörməti artırın.

2–Tez-tez əldə etdiyiniz uğurlarınızı yadınıza salın,bunlar kiçik olsa belə.

3–Tez-tez öz-özünüzə sizin o qədər də pis vəziyyətdə olmadığınızı söyləyin. Düşünün ki, dünyada sizdən də pis yaşayanlar var.

4–Çalışın,yuxunuz gəlmədən yatağa girməyəsiz. Səhər-səhər yerinizdən qalxmazdan əvvəl yaxşı olar ki, yerinizdə o tərəf bu tərəfə dönəsiz.

5–Boş vaxtınız olan kimi istirahət etməyə çalışın—istirahətin növündən asılı olmayaraq (çalışın, istirahətiniz maraqlı keçsin).

6–Tez-tez vanna qəbul edin.

7–Yatmazdan əvvəl balla süd içməyə çalışın.

8–Otağınızda müxtəlif rəngli şəkillər və təqvimlər asmağa çalışın.

9–Çalışın,açıq rəngli paltarlar geyinin.

10–Əgər imkan varsa,evdə it və ya pişik saxlayın.

11–Yaxşı olar ki, hər axşam musiqi dinləyəsiz.

12–Əgər gün ərzində hansısa xoşagəlməz hadisə ilə qarşılaşmısınızsa, onu unutmağa çalışın.

13–Sizin xətrinizə dəyiblərsə, ağlamağa çalışın. Psixoloji tədqiqatlar göstərir ki, kişilərin 73, qadınların isə 85 faizi ağlamaqla yüngülləşə bilər.

14–Ən sonda isə ümumi bir resepti unutmayın: Gün ərzində 30 dəfə "Mən xoşbəxtəm" deyən insan,hətta ən pis şəraitdə olsa belə özünü xoşbəxt hesab edir.

 

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN