Qərarları Xoşbəxt Zamanınızda Verin!

0
1556
Qərarları Xoşbəxt Zamanınızda Verin!

Çikaqo Univertsitetinin Psixoloqu Aparna Labroo və Georgia Universitetinin psixoloqu Vanessa Patrik apardıqları bir araşdırmada insanların mövcud olduğu vəziyyətin onların qərarlarına necə təsir etdiyini açıqlayıb.Belə ki,onların gəldiyi qənaətə görə,insanlar vacib qərarlarını xoşbəxt olduğu zamanlarda verməlidir.

Əhval-ruhiyyə - Psixoloq Labroo və Patrik,kollec tələbələri üzərində yaxşı və pis əhvalın onların qərarlarına necə təsir etdiyini və baxışlarının nə olduğunu araşdırıb.İlk öncə onlara 10 ədəd iş siyahısı verilib.Siyahıda işlərin yanına gülüş və qəmgin işarə qoymaları istənilib.Həmin işarələrə görə onları qruplara ayırıblar.Onları xoşbəxt edən və qəmgin edən işlər verilib.
Daha sonra imtahanın niyə lazım olduğu və həyatlarına necə təsir edəcəyi soruşulub.Xoşbəxt insanlar imtahanın gələcək karyeraları üçün lazım olduğunu,digər qrup isə bunun nəyə lazım olduğunu deyib.

Kədərli halda qərar verməyə çalışmayın.Araşdırma nəticəsində bəlli olub ki,insanlar əhval-ruhiyyədən asılı olaraq hadisələrə müsbət və ya mənfi reaksiya verir.Xoşbəxt insanlar gələcəyi düşünərək hadisələrə düzgün qiymət verir.
Psixoloq Labroo və Patrik: “İnsanlar mövcud olduqları vəziyyətdən kənara çıxıb,olanları rəsm halına gətirib hadisələrə pozitiv baxmalıdırlar.Neqativ düşünən insanlar isə gələcəklə bağlı bütün fürsətləri görməyi əngəlləyir və pis qərarlar verməyə səbəb olur.
Gələcəklə bağlı qərarlar verəndə xoşbəxt olduğunuz zamanları seçin”-deyir

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN