Qidalardan gələn XOŞBƏXTLİK!

0
2412
Qidalardan gələn XOŞBƏXTLİK!

 Xoşbəxtliyin asan başa gəlmədiyini düşünürsünüz amma xoşbəxtliyi qidalarla da əldə edə bilərsiniz. Bilirsinizmi? 


1. Kokos - İçərisində olan triqliserit sayəsində həm xoşbəxtlik verər, həm də qan axışını nizamlar. Lakin eyni şey kokosun südü üçün cari deyil.

2. Yumurta - Sink, B vitamini, yod, omeqa-3, yağ turşuları və zülal ehtiva edən yumurta, enerji qaynağı olduğu kimi qarınınızı da tox tutar. Ona görə naharlarda yumurta istehlak edilməsi tövsiyə edilir.

3. Çeri pomidor - Bütün pomidorlarda olduğu kimi Çeri də olan likopen adlı antioksidant nevroloji qoruma təmin edər. Zeytunyağı ilə istehlak edilməsi tövsiyə edilir, çünki yağ likopen sorulmasını artırır.

4. Bal - Normal şəkərdən qat-qat daha yaxşı bir şəkər mənbəyi olan bal, ehtiva etdiyi kimyəvilərlə depresiyanı önləyər. Həmçinin şəkər kimi bədəndə yağ etməz və damarlara təsir etməz.

5. Qulançar - folik turşu və triptofan miqdarı yüksək bir tərəvəzdir. Folikasit depresiyanı önlədiyi sübut edilmişdir və antidepresanlarda istifadə edilməkdədir. Triptofan isə serotonin miqdarını gücləndirər və xoşbəxtlik verər.

6. Qatıq - Süddən daha çox kalsium ehtiva edən qatıq, neyronların işinə köməkçi olar və eyni zamanda bədənin fit qalmasını təmin edər.

7. Qara şokolad - beyinə gedən qan axışını gücləndirir, enerji verir, konsentrasiya itkisini önləyər və xoşbəxtlik verər.

8. Bənövşəyi kartof - hər manavda və ya marketdə tapa biləcəyiniz bir tərəvəz deyil, lakin antosiyanin adı verilən güclü antioksidanlar saxlayar. Antosiyaninler, nevroloji qoruma təmin edər və qısa vaxtda yaddaşı gücləndirir.

ŞƏRH YAZIN