Sirr Düşüncənin Gücündədir

0
8443
Sirr Düşüncənin Gücündədir

Öz həqiqətlərinizi  yaradan sadəcə sizsiniz. 

İndiki  hissiniz  yaranmaqda olanların  mükəmməl bir əksidir.  Duyğu və düşuncələrinizlə nəyi qursanız, onu həyatınıza çəkər və yaşayarsınız. Hiss etdiklərinizin önəmini fərq etdiyinizdə, düşüncələrinizi hisslərinizə dayanaraq yönləndirdiyinizdə, yavaş - yavaş  görürsünüz ki, düşündükləriniz həyata keçməyə başlayır.  
 
Görməsək də yolun davam etməsinə inansaq həyat bizi həqiqətən getmək istədiyimiz nöqtəyə götürəcək. Yaşadıqlarımız düşüncələrimizin nəticəsidir.  
 
Bütün dünyanı istədiyiniz şəklə salmaq üçün doğulmadınız, öz  dünyanızı seçdiyiniz şəkildə yaratmaq üçün doğuldunuz. Digərlərinə də öz  seçdikləri dünyanı yaratmaq üçün izn verməlisiniz. 
 
Pul ilə  heç bir əlaqəsi olmayan amma xoşbəxt olan bir çox insan tanıyıram. Pula fokuslanaraq  həyatınıza  çəkə bilərsiniz. Amma bu varlıqlı olacağınız anlamına gəlməz. Təbii ki, pul zənginliyin bir parçasıdır. Sadəcə bir parçasıdır. Böyük mənəviyyatı olan, amma hər zaman qırğın və xəstə olan insanlar tanıyıram. Bu da varlıq deyildir. Həyat hər bir şeylə bir- birinə bağlıdır. Hər şeyə sahib olmaq, əsl istəyimizə olan xoşbəxtliyi  bizə zəmanət verə bilməz. Bunlar iç hüzuru bizə gətirməz. Əksinə, iç hüzuru və  xoşbəxtliyi   saxlamaq  həyatınıza  bunları çəkər. 
 
Hamımız bu dünyada  yaradıcıyıq və meydana gətirmək istədiyimiz hər arzu gerçəkləşəcək. Duyğu, düşüncə və diləkləriniz çox önəmlidir. Çünki  olacaq  hər bir şeyin çarəsisiniz. Qarşıdan heç bir şey gözləməyin. 
 
Özünüzü  ətrafınızdakı insanların ən yaxşı tərəflərini  görməyə öyrədin. Vücudumuz düşüncəmizin bir üzvü olduğuna görə, anlayırıq ki, düşüncələrimiz vücudumuzun görünüşünə, hərəkətinə və sağlığına təsir edir.  Daha yaxşı  düşüncələr, daha xoşbəxt  vücud biokimyası yaradır. Bu da daha sağlam bir bədən  yaradır. Nəyə müqavimət  göstərsəniz,  varlığını sürdürür. Savaş qarşılığında hərəkət daha çox savaş yaradır. Çünki istəmədiyimizin üzərinə fokuslanmış  oluruq. Tereza ana savaş olan yerdə iştirak etməzdi. Barış  varsa,  məni dəvət edin , deyərdi. Savaşa qarşısanız, barış üçün  çalışın, əgər aclığa qarşıysanız insanları daha çox  doydurmaq üçün çalışın.
 
Seçimləri insanların həqiqətən  qarşı olduğu  tərəflər  qazanır. Çünki bütün enerji üzərində toplanır. İstəmədiyinizə deyil, istədiyinizə foküslanmalısınız. Bütün enerjinizi yaşamaq istədiyiniz həyata yönləndirin.Sakit olmağı və diqqətinizi istəmədiyiniz durumdan uzaq tutmağı öyrənin. Kənardan  gələn düşüncələrdən çox  daxili səsiniz və daxili  gözünüzü dəyişdirməyə başlasanız,  həyatınızı siz yönləndirərsiniz. İnsanların beynində bir virus kimi yaşayan yalan var. Bu yalan heç bir şeyin yetərincə yaxşı olmadığı düşüncəsidir. Bu yalan insanları qorxuya, acgözlüyə sürükləyir və bu duyğular onların yaşantıları olur. Ətrafda ehtiyacdan çox yaxşılıq  var, ehtiyacdan çox yaradıcı düşüncə var, ehtiyacdan çox sevgi  var, ehtiyacdan çox nəşə var. Bütün bunlar  öz təbiətinin  fərqində  olan bir ağıldan  ortaya çıxar. 
 
Ecazkar olduğunuza inanmaq. Möhtəşəm bir tərəfiniz var. Həyatda başınıza nə gəlirsə, nə qədər gənc ya da yaşlı düşünsəniz də,  içinizdə dünyadan daha güclü  bir qüvvət olduğunu  düşünməyə başladığınız an ortaya çıxmağa başlayacaq. Həyatınızı dəyişdirəcək. Sizi doyuracaq, geydirəcək, qoruyacaq, yol göstərəcək. Əgər izn verirsəniz, varlığınızi bəsləyəcək. 
 
Səadətinizi izləyin, sadəcə divarlar olduğu bir yerdə  dünya  sizə qapılarını açacaqdır. 
 
Hazırladı: Aytən İslamzadə
 
 

ŞƏRH YAZIN