Sülh Təbəssümlə Başlayar!

0
1919
Sülh Təbəssümlə Başlayar!

Gülüş.... Bir gülüş dünyalara bədəldir. Pulla satın ala bilməzsən, amma qarşılığında sənə çox şey verir. Yaddaşlarda həmişəlik qalır. Elə varlı insan yoxdur ki, ona gülüş lazım olmasın. Elə kasıb insan da yoxdur ki, gülüşü alsa varlı olsun. Gülüş bizim evimizə xoşbəxtlik gətirir, mehribanlıq yaradır, sevinc və yaxşı əhval-ruhiyyə bəxş edir.

Gülüş - bütün dostların paroludur. Gülüş - yorğunluğu aradan qaldırır, insana işıq, ay, günəş və ulduzlar bəxş edir. Onu nə satmaq olur, nə də almaq. Tez-tez gülün, yaxşı əhvalınızı bölüşün, bir gün həyatdan yorulub ümidinizi itirdikdə, siz cavab olaraq kiminsə gülüşünə güləcəksiniz.

Gülüş haqqında aforizmlər:

1. Sülh, bir təbəssüm ilə başlayar.

2. Kiminlə gülə bilirsənsə, onunla işləyə də bilərsən.
 
3. Gülüş - bir günəşdir, o qışı insanın üzündən götürür.
 
4. Keçmişə görə ağlama, olacaqlara görə gülümsə.
 
5. Qoy sənin gülüşün dünyanı dəyişsin, imkan vermə ki, dünya sənin gülüşünü dəyişsin.
 
6. Gül ki, uğur səninlə olsun.
 
7. Təki, sizin qırışlarınız gülməkdən yaransın.

Hər zaman gülün, amma mənalı şeylərə, sizi ürəkdən güldürəcək şeylərə gülün.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN