Uğursuzluqdan Qorxamyın!

0
2682
Uğursuzluqdan Qorxamyın!

Uğursuzluq qorxulası bir şey deyil. Hər kəsin başına gələ bilər və heç kəs bundan zəmanətlənməyib. Güclü insanları güclü edən, müvəffəqiyyətli insanları müvəffəqiyyətli edən şey də uğursuzluqla üzləşmələri, ondan qorxmamalarıdır. Sizə tarixin əhəmiyyətli şəxsiyyətlərinin söylədiyi məşhur sözləri təqdim edirik. Uğursuzluğu unutmağınız üçün həmin o sözlər:
Colin Powell: Uğurun bir düsturu yoxdur. Yaxşı hazırlaşmaq, çox işləmək və uğursuzluqlardan nəticə çıxarmaqdan başqa.
Bill Gates: Müvəffəqiyyəti qeyd etmək gözəl bir şeydir, ancaq daha əhəmiyyətlisi müvəffəqiyyətsizliyin dərslərində diqqətli olmaqdır.
Bill Cosby: Qalib olmaq üçün, uğura olan ehtirasınızı, uğursuzluğa olan qorxunuzu məğlub etməlisiniz.
Amanda Gore: Bəziləri uğursuzluğa düçar olur və qırağa çəkilir, mən isə bunu artımın və inkişafın bir yolu olaraq görürəm.
Robert F. Kennedy: Sadəcə böyük bir uğursuzluğu gözə alan, böyük bir uğura çatar.
Henry Ford: Uğursuzluq sadəcə edilən ağıllı başlanğıc fürsətindən başqa bir şey deyil.
Marilyn Monroe: Bir dəfə uğursuzluğa düçar olmaq, hər dəfə uğursuzluqla qarşılaşacaqsan demək deyil.  
Winston Churchill: Müvəffəqiyyət, həyəcanını itirmədən bir müvəffəqiyyətsizlikdən digərinə qaçmaqdır.
Zig Ziglar: Unutma, uğur bir hadisədir, şəxs deyil.
Tomas Edison: Müvəffəqiyyətsiz olmadım, sadəcə işləməyən 10.000 yol kəşf etdim.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN