Xarakterin Gülüşündə Gizlidir!

0
4803
Xarakterin Gülüşündə Gizlidir!

İnsanın xarakteri həm də gülüşündə gizlidir. Dahi filosof Aristotel belə hesab edirdi. Onun fikrincə, xarakteri təkcə insanın üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar.Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Sən demə, bizim bütün «hi-hi-hi» və «ha-ha-ha»larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq rahatca açmaq olar. Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkündür.

«A» saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur.Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır.Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübut etmək istəməyən adamlar bu sayaq gülürlər. «A» saitli gülüş ən səmimi gülüş hesab edilir. 

«E» (he-he) ilə gülənlər isə fleqmatiklər və melanxoliklərdir.Bu gülüş sanki ağızda gizlədilir və ətrafdakılara ünvanlanmır.Özünə inanmayan, hər şeyə şübhə ilə yanaşan insan belə gülür.

"İ" saiti (hi-hi) sadəlövh və yaltaq kəslərin gülüşü üçün xarakterikdir. Hi-hili gülüş səmimi və ikiüzlü, nazlı və sadəlövh də səslənə bilər.Adətən yaşından cavan görünmək istəyən qadınlar belə gülürlər.

«O» saiti (ho-ho) ilə xeyirxah və cəsur adamlar gülürlər. Bəzən isə belə gülüş rahatlıq və ya heyrəti də nümayiş etdirir.Çox vaxt nədənsə möhkəm incimiş insanın müdafiə reaksiyasını da ifadə edir.«O» saitli gülüş həm də səsin hündürlüyündən asılı olaraq tərslik və ya ələ salmaq istəyini ifadə edə bilər.

«U» saiti ilə (hu-hu) adətən təhlükəni öz təbəssümü ilə qarşılamağa cəhd göstərənlər gülür.Bu cür gülüş güclənən qorxunu, hürkünü ifadə edir.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN