Xoşbəxtliyin 29 Anı!

0
1757
Xoşbəxtliyin 29 Anı!

Gündəlik həyatınızda nələr sizi xoşbəxt edir? Çox sadə olsa da, fərqində olmasaq da 29 məqam sizi xoşbəxt edə bilir.

Həyatın 29 xoşbəxtliyi: 

1) Təzə yataq örtüyü olan yatağa yatmaq üçün uzanmaq.
 
2) 3 və daha çox ard-arda asqırmaq.
 
3) Ayaqları suya salıb hərəkət etdirmək.
 
4) Çox xoşuna gələn bir kitabın hələ oxunmamış çox səhifəsi qaldığını hiss etmək.
 
5) Sürüşmək və yıxılmamaq.
 
6) Ayaq barmaqlarında qumu hiss etmək.
 
7) Gözlədiyin bir sms-in gəlməsi.
 
8) Çox real olaraq yaşadığın qorxunc yuxudan ayılıb bunun yuxu olduğunu başa düşmək.
 
9) "Pirojki", "bulka"-nı başlanğıc hissəsindən dişləmək.
 
10) Təzə alınmış elektron bir cihazın ekranından qoruyucu örtüyü çıxarmaq.
 
11) Tanımadığın insanların səni bayram münasibətilə təbrik etməsi.
 
12) Soyuq halda ikən girdiyin yatağının nəhayət ki isinməsi.
 
13) Unutduğun köhnə parolunu qəfil olaraq dəqiq yazmaq.
 
14) Saç kəsimindən sonra saçlara toxunmaq.
 
15) Bayramdan sonra soyuducunun dadlı yeməklərlə dolu qalması.
 
16) Yolda qarşıdan gələn maşının sənə işıqla işarə etməsi və polislə rastlaşmazdan əvvəl sürəti aşağı salmaq.
 
17) İdman oyununu şərh edən şərhçidən 1 saniyə əvvəl onun deyəcəyi sözü demək.
 
18) Uzaqdan zibili düz zibil qutusuna ata bilmək.
 
19) Yenicə aldığın geyimi geyinmək.
 
20) "Budilnik"dən 1 saat əvvəl oyanmaq və hələ yatmaq üçün 1 saat vaxt olduğunu hiss etmək.
 
21) Haradasa uşaqlıqdan qalma qoxunu hiss etmək.
 
22) Yenicə bəyəndiyin mahnıya təkrar-təkrar qulaq asmaq.
 
23) Dinlədiyin mahnıdan tüklərin biz olması.
 
24) Uşaqlıq əşyalarının olduğu qutunu tapmaq.
 
25) Yağışlı havada yatağa uzanmaq və yağış damlalarının səsini eşitmək.
 
26) Bütün gün ayaq üstə durduqdan sonra divanda oturmaq.
 
27) Gülməkdən gözlərin yaşarması.
 
28) İsti havada balışı soyuq olan üzünə çevirmək.
 
29) Dostlarına etdiyin zarafata ətrafdakıların da gülməyini görmək.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN