Yaxşılıq Və Pislik

0
5096
Yaxşılıq Və Pislik

"Yaxşılıq və pislik deyə bir şey yoxdur, amma bizlər düşüncələrimizlə yaxşını və pisi yaradırıq"! William Şekspir

Yaxşılıq və pislik vardırmı? Yoxsa bizlərin bir ideyasından ibarətdir? Birisi üçün yaxşı olan bir şey bir başqası üçün pis ola bilirsə yaxşının və pisin analizini nəyi məsləhət alaraq edəcəyik?
 
Bundan əlavə, beynimizi və zehin proqramımızı dəyişdirərək yaxşı və pis təsniflərimizi dəyişə bilərikmi?
 
Yaxşı və pisin nə olduğu insandan insana dəyişsə belə, bütün bəşəriyyətin bir məxrəcdə görüşdüyü dəyərlərə görə yaxşı və pisi təsnif etmək səhv olmayacaqdır. Bu məxrəc vicdan məxrəcidir.
 
Bir işi etməyə başladığınızda zehin proqramınıza danışaraq o işin yaxşımı, yoxsa pismi olduğu barədə hökm vermədən əvvəl fikri bir də ürəyə dayanan vicdan süzgəcindən keçirin.
 
Vicdanınız sizə heç vaxt səhv olanı təklif etməz. Yolda gedərkən və siz cibinizdə 5 qəpiksiz iş axtararkən yolda bir çamadan dolusu dollar gördüyünüzü var sayaq.
 
Beyniniz sizə bu pulu götürməyinizi saniyədə min dəfə təklif edəcəkdir. Çünki işsiz birisiniz və pul sizin üçün çox yaxşı bir dərman kimi görünər. Beyniniz sizə bunu deyəcəkdir.
 
Vicdanınız isə sizə bu pulun başqalarına aid olduğunu və başqalarının əməyi olduğunu teklif edəcəkdir. Bu məqamda yaxşı olan şey nədir, pis olan şey nədir?
 
Zehinə görə yaxşı olan şey, pulları bildirmədən götürmək və uzaqlaşmaqdır.
 
Vicdana görə yaxşı olan şey bu pulu ən yaxın polis bölməsinə təslim etməkdir.
 
Amerikalı birinin vicdanı ilə Çinli birinin vicdanı bu məqamda birgə çalışacaqdır. Amma milyoner bir insan kasıb bir insanın zehni burada müxtəlif bölgülərə ayrılacaqdır. Milyonçu adam bu pula ehtiyac duymadığı üçün sahibinə təslim etməyi uyğun tapacaqdır. Həm vicdanı həm də pula doymuş zehni bunu təklif edəcəkdir. Yoxsul adam üçün vəziyyət daha mürəkkəbdir və daxili qarşıdurma içindədir. Gördüyünüz kimi, ətraf mühit amili iqtisadi vəziyyət zehnin vicdanı üzərində təsirli amillərdir.Amma ürəyə dayanan vicdan üzərində bu cür xarici təsirlərin gücü yoxdur.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN