Yuxusuzluqla Bağlı Neqativ Düşüncələr

0
1884
Yuxusuzluqla Bağlı Neqativ Düşüncələr

Yuxusuzluqla bağlı neqativ düşüncə formaları:    
 
1.Yuxu probleminin mənası və səbəbi haqqında ən pisini düşünmək: Məsələn, “Keçən həftə heç yaxşı yata bilmədim, artıq yuxu nizamım tamamilə pozuldu, bir də çətin düzələr!”—formasında fikirləşən biri, “Keçən həftə heç yaxşı yata bilmədim, məni stresə salan şeyləri təyin edib, nəsə etməliyəm”— formasında fikirləşən birinə nəzərən daha çox sıxıntılı olacaqdır.    
2.Hər şeyi yuxusuzluğa yükləmək,başqa bir geniş yayılmış düşüncə tələsidir. Yuxusuzluq—konsentrasiyaya, yaddaşa və iş fəaliyyətinə mənfi təsir edə bilər, amma bu problemlərin tək səbəbi də deyildir! İnsomniadan əziyyət çəkənlər,o gün yolunda getməyən hər şeyin tək səbəbi olaraq yuxusuzluğu görürlər.    
3.Real olmayan gözləntilər: İdeal yuxu müddətinə dair qəti bir fikrə sahib olmaq da,yuxusuzluq probleminə mənfi təsir edən bir vəziyyətdir. Bəzi insanlar gündə 8 saat yatmadıqları halda, növbəti günün çox pis keçəcəyindən əmindir! Əslində hər kəsin ehtiyacı olan yuxu müddəti fərqlidir və yuxu müddəti ilə bağlı sərt və dəqiq hədəflər, qaydalar qoymaq fəaliyyət gərginliyi yaradaraq,yuxuya getmənizi çətinləşdirir.    
4.Köməkçi olmayan düşüncə tərzləri:Şişirdilmiş düşüncələr ağ-qara formada, yəni iki qütbdə fikirləşmək, həddindən artıq ümumiləşdirmə etmək, qavrayışda ayırıcı düşüncə tərzləri də yuxu problemlərinin davam etməsində iştirak edir. Məsələn, yuxu problemindən əziyyət çəkən insanlar kifayət  qədər yatmadıqları zaman,daha dəqiq xatırladıqları halda, yaxşı yatdıqları zaman elə də xatırlamazlar, yəni qavramada ayrıseçkilik edirlər. Bir başqa misal olaraq da, yuxuları “mükəmməl idi” və ya “qorxunc idi” formada xarakterizə etməkdən söhbət gedə bilər ki, bu da ağ-qara formasında düşüncəyə misaldır; Halbuki, çox zaman orta dərəcəli bir yuxu qiymətləndirməsi olmalıdır.    
 
Bu neqativ düşüncələrə görə yuxu probleminiz heç cür düzəlmirsə,bunları təyin edib,əvəzində daha yararlı və real düşüncələri mənimsəməyə çalışa bilərsiniz.Unutmayın ki,mənfi düşüncələr və mühakimə xətaları davam etdiyi təqdirdə, gərginlik, təlaş, əsəb kimi duyğular sizi daha çox yora bilər və həyat tərzinizi daha da poza bilər. Bunun əksinə, yuxunuzla bağlı mənimsədiyiniz hər sağlam düşüncə, sağlam bir yuxunun və dolayısıyla yaşayış səviyyənizin vacib bir komponenti halına gəlir. 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN