Ayrılıqdan alınacaq dərsimiz var

0
2383
Ayrılıqdan alınacaq dərsimiz var

 Ayrılıq hər kəs üçün çox çətin prosedir. Hətta ən güclü insan belə ayrılıq zamanı əziyyət çəkir. Niyə də asan olsun ki? Alışdığınız, sevdiyiniz və həyatınıza daxil etdiyiniz bir şəxsdən ayrılmaq nə qədər asan ola bilər? Üstəlik bu addım qarşı tərəfdən atılıbsa, vəziyyət daha da qəlizləşir. Lakin ayrılıqlar bizə bəzən gözəl dərslər də verə bilir. Belə ki, ayrılıqdan çıxardığımız dərslər…


1.Sevgi qarşılıqsız olmalıdır

Kimisə sizi sevməyə və yaxud sizə aşiq olmağa məcbur etməməli olduğunuzu bilməlisiniz. Eşq tamamilə qarşılıqsız verilə biləcək bir hədiyyədir.

2.Heç kimi dəyişdirə bilməzsiniz

Ayrılıq səbəblərindən ən çox rast gəlinəni qarşınızdakını dəyişdirməyə cəhd göstərmənizdir. Yoxlaya bilərsiniz, hətta bir müddət dəyişdiyinə belə, inanacaqsınız. Lakin heç bir nailiyyətə müvəffəq ola bilməyəcəksiniz. Çünki qarşınızdakı şəxs hər hansı bir vərdişini və yaxud xüsusiyyətini sizin istəyinizə görə deyil, yalnız və yalnız öz istəyinə görə dəyişdirər.

3.Bütün məsuliyyəti yalnız bir tərəf öz üzərinə götürməməlidir

Münasibətlərin sağlam şəkildə davam etməsi üçün hər iki tərəfin "daşın altına əl qoyması” lazımdır. "Çörəksiz yemək olmaz” məsəli bu barədə söylənmiş ən gözəl fikirlərdən biridir. Hər iki tərəf də münasibəti davam etdirməyə istəkli və qərarlı olmadığı müddətdə, həmin əlaqə bitməyə məhkumdur.

4.Özünüzü itirməməlisiniz

Münasibətə başlayıb həyatının başlıca məqsədlərini tamamən dəyişdirən insanlarla, yəqin ki, hər birimiz tanışıq. Bəlkə, biz də o insanlardan biriyik. Lakin həmin münasibət bitdiyi zaman hər bir şeyi itirdiyimizin şahidi omaq bizi çox incidəcək. Münasibətlərinizi məqsədlərinizin önünə keçirməyin, evliliyinizi ön sırada tutsanız belə, özünüzü heç vaxt itirib asılı hala gətirməyin.

5.Nəyi istəmədiyinizi öyrənin

Ayrılıqların öyrətdiyi ən önəmli dərslərdən biri də nəyi istəmədiyinizi hər bitən münasibətin sonunda ağlınızın bir küncünə yazmağınızdır. Bunun nəticəsində, növbəti münasibətlərinizdə daha təcrübəli və istəmədiklərinizi bilən kəslərə çevrilə bilərsiniz.

6.Qəlbinizin səsini dinləyin

Bəli, xanımlar, qəlbinizin səsini dinləməyə özünüzü alışdırın. Heç kimə, hətta özünüzə belə etiraf edə bilməmənizə baxmayaraq, hər hansı bir hiss bu münasibətdə nəyinsə yanlış olduğunu deyirsə, o hiss mütləq şəkildə doğrudur. Hislərinizə güvənin və özünüzə inanın.

7.Zaman hər dərdin dərmanıdır

Çox klassik bir deyimdir,  deyilmi? Bəli. Lakin doğrudur. Zaman "unudulmaz " adlandırdığımız acıları və ayrılıqları da tək - tək unutdurur. "Onsuz yaşaya bilmərəm” dediyiniz kəslərin üz cizgilərini, adını, hətta qoxularını belə, bir müddət sonra unuduruq. Və geriyə sadəcə bir neçə xatirə qalır. Bu səbəbdən, "O olmadan yaşaya bilmərəm” deməyin.

ŞƏRH YAZIN