Arıqlaya Bilmirsiniz? Hər Şey İnadkarlıqdadır.

0
3144
 Arıqlaya Bilmirsiniz? Hər Şey İnadkarlıqdadır.

Minlərlə insan arıqlaya bilmir,  buna səbəb - onların dəfələrlə uğursuzluğa tabe olmaqları, zamana və kolorili yeməklərə olan sevgiyə qarşı intizamsızlıqdan irəli gəlir. Yenə də məsələ - inadkarlıqdadır.

Əgər arıqlaya bilmirsinizsə, bir çox ünsürlər var ki, sizə əks yönəlib: iş rejimi, iradəsizlik, hətta ailə üzvləri. Lakin bu ünsürlərə qarşı çıxmaq kifayyət qədər asandır. Lakin inadkarlıq - yoxdur.

Bunların hamısı bütün cəhdlərinizi yoxa gətirməyə kifayyət qədər qabildir, hətta artıq sizdə inkişaf varsa. Təsəvvür edin ki, kimsə sizin istənilən sahəyə ( adət-ənənəyə,siyasət və ya idman) qarşı olan güvəniniz fikir bildirir. Əlbəttə ki, sizin ilk istəyiniz o insana qarşı durmaq olacaq. Siz narahat olacaqsınız, stimuldan düşəcəksiniz.

Ola bilsin siz həyatınızın hər bir aspektinə qarşı əminsiniz, amma bu elə deyil. Və sizin  qarşı tərəfə reaksiyanız sadəcə doğru olduğunuzu təsdiq etmək olacaq. Bu elə düşünülməmiş inadkarlıqdır özüdür, hansı ki, əsassız bütün əminliklərinizdən ibarətdir və davamlı olaraq onları edirsiniz.

Təbii ki, uğura aparan, daima doğru qəbul etdiyimiz fəaliyyətlərimizin həqiqətən səhv olduğunu qəbul etmək xoş deyil. Buna görə də siz hər şeyi olduğu kimi saxlayırsınız. Siz sadəcə öz nəzəri nöqteyinizi təsdiq edən biri ilə qarşılaşana kimi daxili aləminizdə gizlənirsiniz.

İnadkarlıq daima sizin üçün nələrin daha yaxşı olacağını qəbul etməyin qarşısını alır.

Normal həyatda yaşamımız və ya idman məşğuliyyəti üçün heç bir standart yoxdur. Məsələn, bəzi insanların özünü lazımı formaya salmağı üçün sağlıqlı səhər yeməyi ilə qidalanmağı kifayyətdir, bəziləri üçünsə səhər yeməyini etməsələr daha yaxşı olar. Lakin əgər siz hər bir fikirə qapalı olsanız, yaratdığınız öz dünyanıza zərbə kimi qəbul etsəniz, əlbəttə ki, sizinçün nələrin daha yaxşı və ya pis olmağının fərqinə vara bilməzsiniz. Bunun əvəzinə siz gözüyumulu öz bildiklərinizin arxası ilə gedirsiniz və "tənbəllik"lə, "gen"inizi gцnahlandжrmağı üstün tutursunuz.Əlbəttə, onların da müəyyən qədər təsiri vardır. Lakin bu faktorlara haqq qazandıran əksər insanlar həqiqətən arıqlaya bilmir, bunların hamısı yenə də inadkarlıqdan irəli gəlir. Onlar idmanla məşğuliyyəti və gözəl fiziki formanı malik olmadıqları bir vergi və ya istedad kimi baxırlar, hansı ki, heç cür inkişaf etdirmək olmaz.

İnadkarlıq sizi dayanmağa məcbur edir.

Gəlin təsəvvür edək ki,siz səhərlər idman zalına getməyi sevirsiniz, çünki günə doğru şəkildə başlamaq xoşunuza gəlir. Siz işə də gedə bilmək üçün bir saat tez oyanırsınız. Sonra idmana getdiyiniz vaxt 30 dəqiqəlik tıxac yaranır və siz elə bu müddət ərzində düşünürsünüz ki, davamlı məşqul ola bilməyəcəksiniz.

Siz çox gərilirsiniz və əsəbləşirsiniz. Öz diqqətsizlikləri və tələskənlikləri üçün qəzaya düşən axmaqlar haqqında düşünürsünüz və bu hirsin içində sadəcə üzürsünüz.

Əgər siz hamı kimi davransanız, bu qıcıqlarınız fəaliyyətlərinizə və reaksiyanıza təsir edəcək. Sağlam günün başlanğıcı üçün planlaşdırdığınız hər şey bərbad oldu, yaranan gərginlik və əhval pozğunluğu isə gün ərzində bütün hadisələrin gedişatına təsir edir, beləliklə birinci gününüz bərbad olur.

Müəyən aravermələr fitnesinizə ölümcül zərərlər yetirə bilər. Siz gələcəyinizi daha yaxşı edə biləcəyiniz şeylər əvəzinə,  dəyişə bilməyəcəyiniz şeylər üzərində köklənirsiniz. Beləliklə neqativ xüsusiyyətlər fitnesinizdə mühüm yerini tutur.

Digər yanaşma isə qarşıdaki insanı anlamağa çalışmaqdır. Ola bilsin qəzaya səbəb olan sürücü heç də axmaq deyildi. Ola bilsin onun fikri övladının geyimini düzəltməyə çalışan və yol hərəkət qaydalarından yayınan  bir anaya yol verməyə çalışdığı an və ya buna görə birdən idarəetməyi itirdiyi üçün baş vermişdir.

Və ya özünüzdən asılı olmayan hadisələrə görə nə özünüzü, nə də ətrafınızdakıların əhvalını məhv etməyə bilərsiniz. Bunlar haqqında unudun və heçnə olmamış kimi gününüzə davam edin.

İnadkarlıqla necə mübarizə aparmaq olar?

Axı bundan necə yaxa qurtaraq? Yadınızdadırmı, bu özünümüdafiə reaksiyasıdır, hansı ki, yaratdığınız daxili intizamı və özgüvəni bərpa edir.Şüuraltı yaranan qorxu, özünüzdə yaratdığınız vərdişlərə yaxşı təsir etməyəcəyinizə, komfortdan çıxmağınıza və gələcəyə olan əminliyin azalmağına təsir qorxusudur. Siz özünüzə haqq qazandırmaq üçün minlərlə səbəb gətirəcəksiniz. Bu hissləri yadınızda saxlayın və gələcəkdə yaranma ehtimalı olan kimi onun fərqində olun.

Razılaşın ki, siz də zamanla inadkar olursunuz. Növbəti səfər özünüzü yaratdığınız vəziyyətə uyğun olmayan, məntiqə əsaslanmayan bir fikriniz yarananda onu tutmağa və qarşı çıxmağa çalışın.

Növbəti səfər bunu fərq edəndə, özünüzdən soruşun :"Nəyə gorə mən özümə haqq qazandırmağa çalışıram və bu mənim üçün niyə bu qədər önəmlidir?" Misal üçün çox insan səhər yeməyinin önəmli olmadığını dedikdə adətən buna qarşı çıxır. Lakin onlardan bunun səbəbini soruşduqda " Mən belə eşitmişəm" və ya "Səhər yeməyimə çox diqqət yetirirəm" kimi cavablar olacaq.

Bəyəm haqlı olmadığınızı qəbul etmək, lazimi şəkildə etməyə başlamaqdan çox çətindir? Düşünmürəm.

Əgər siz haqlı deyildinizsə, bunu etiraf edin. Yadınıza salın ki, bu zaman siz minnətdarlıq göstərməlisiniz, yenə öz əsassız fikirlərinizi müdafiə etməyə çalışmamalı və ya bundan çəkinməli deyilsiniz. Bu o deməkdir ki, siz inkişaf edirsiniz və başqalarının aldığı geni dəyişdirilmiş məhsulları almırsınız.

Bunun əvəzinə siz özünüzə faydalı olan, seçdiyiniz yolda sizə kömək edə biləcək şeyləri tapmış olacaqsınız və bununla həyatınızın gedişatına müsbət təsir edən vərdişlərə yiyələnəcəksiniz.

Əvvəlcə haqsızlığınızı qəbul etmək və yaratdığınız əsassız əminliklərə qarşı çıxmaq çətin olacaq, lakin bunların hamısını praktika həll edir və zamanla öz inadkarlığınıza qarşı çıxmağa öyrəşəcəksiniz.

Özünüzü istədiyiniz formada saxlamaq daha da rahat olacaq. 

Ən əsası isə, siz anlayacaqsınız ki, uğur sizin heç vaxt yanlış fəaliyyətinizlə yaşadığınız ideal həyatdan asılı deyil. O yanlışlarınızı necə düzəltməyinizdən və onları şəxsi inkişafınız üçün necə istifadə etməyinizdən asılıdır.

 

Tərcümə etdi : Ülkər Cələbiyeva

ŞƏRH YAZIN