Bunları vərdiş edin!

0
3027
Bunları vərdiş edin!

 İnsanı daha sağlam edən, insan həyatı üçün bir çox faydası toxunan bir sıra vərdişlər var. Gəlin o vərdişləri biz də vərdiş edək ki, daha sağlam bir həyat yaşayaq.


1. Hər gün yatmaq və eyni zamanda oyanmaq.

2. Səhər yeməyi, naharı və həmçinin şam yeməyini hər gün eyni vaxtda yeyin— əmin ola bilərsiniz ki orqanizm sizə buna görə təşəkkür edəcək.

3. Ən azı 8 saat yatın.

4. Yuxudan əvvəl gəzintiyə çıxın və təmiz havayla nəfəs alın.

5. Ən azı gündə 1500 ml və ya 1.5 litr su için.

6. Hər gün meyvə, tərəvəz və giləmevələr yeyin. 

7. Gecə 1 stəkan qatıq için.

8. Ayaqları soyuq suyla yuyun — bu həmçinin bir növ bədəni bərkitməkdir.

9. İnternetdə gündə 1 saatdan çox oturmayın.

10. Təbii inqrediyentlərdən üz üçün maskalar edin.

11. Hər yay gününün şəklini çəkin.

12. Səhərlər qaçın.

13. Halqa alın və heç olmasa gündə 15 dəqiqə beldə fırladın.

14. Gülümsəyin.

15. Gündə 5 yeni xarici söz öyrənin.

16. Hər gün öz otağınızı yığşırın, lazımsız cır-cındırı atın və sevimli dibçəklərinizi sulayın.

17. Üzünüzü dondurulmuş çobanyastığı həlimləri ilə silin.

18. Fəst-fudadan tamamilə imtina edin.

19. Səhər idmanı edin.

20. Fikrinizi toplayın — sadəcə rahat olun, xoş musiqi dinləyin və pis heç nə haqqında düşünməyin.

21. Hər gün nəyisə yeni öyrənməyə çalışın.

22. Oxuyun. Gündə heç olmasa 10-15 səhifə kitab oxuyun.

23. Heç olmasa gündə bir saat öz valideyinlərinizə ayırın. Ev işlərində onlara kömək edin, danışın, onların problemləri və həyacanlarına şərik çıxın, onlara kömək edin, hər hansı məsəhətlər verin.

24. İnsanlara xoş sözlər və komplimentlər deyin.

25. Ədəbsiz ifadələrdən və parazit sölərdən imtina edin. Ümumiyyətlə, öz danışıqlarınıza diqqət yetirin.

26. Hər gün bir kiçik yaxşılıq edin.

27. Özünüzə qulluq edin — üz üçün buxar vannasını, pillinq edin, bədəni nəmləndirən losyonlardan istifadə edin.

28. Kosmetikadan imtina edin. Xüsusən də tonlardan. Yayda dəriyə nəfəs almağa imkan verin.

29. Gözəl sözlər oxuyun, sizə ilham verən şerlər öyrənin.

30. Düz gəzin. Qamətinizi izləyin.

31. Hər cür zərərli vərdişlərdən imtina edin.

32. Heç olmasa ayda bir dəfə vegetarian olmağa cəhd edin. Bəlkə xoşunuza gəldi.

33. Öz müvəffəqiyyət gündəliyini tutun.

34. Pula qənaət edin.

35. Yoqayla məşğul olun.

36. Yalnız yaxşı düşünün — arzularınız mütləq həyata keçəcək.

ŞƏRH YAZIN