Ən Dəyərli Hisslərimiz

0
1929
Ən Dəyərli Hisslərimiz

1. Bir gün kəndin sakinləri yığışıb Allaha dua etmək üçün məscidin qarşısında toplaşır. Quraqlıqdan əziyyət çəkən kənd sakinləri təyin olunmuş vaxtda məscidin qarşısına yığılır. Amma yalnız bir qız özü ilə çətir də götürür. Bax bu etiqad, imandır!

2. Fikir vermisinizsə, uşağı oynadarkən, atıb-tutarkən o sevinclə gülür və heyranlıqla dolu baxışlarla ətrafa baxır. O yerə düşəcəyindən qorxmur, bilir ki, siz onu tutacaqsınız. Bax bu etibar, inamdır!
 
3. Hər axşam biz yatarkən bilirik ki, səhər yuxudan sağ-salamat oyanacağımıza heç bir zəmanət yoxdur. Amma buna baxmayaraq,biz saatın zəngini yenə də qurub yatırıq. Bax bu ümiddir!
 
4. Hər gün biz gələcəyə dair planlar qururuq, halbuki heç bilmirik ki,sabah nələr baş verəcək,ya bir həftə sonra nə olacaq
və yaxud da iki saat sonra nə olacaq – bunu bizə heç kim deyə bilməz. Biz isə planlar qururuq. Bax bu əminlikdir!

5. Hər gün biz görürük ki,insanlar mübahisə edir. Bir-birini aldadır,nifrət edir və ayrılırlar. Başa düşürük ki,biz də bunlardan qaça bilmərik, nə vaxtsa bizim də başımıza gələ bilər eyni hadisələr. Buna baxmayaraq, heç nəyə baxmayaraq biz münasibətlər qururuq. Bax bu sevgidir!
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN