İnsana Təsir Etməyin Yolları

0
16825
İnsana Təsir Etməyin Yolları

Əslində,söz açacağımız metodlar dost qazanmağınız və ya planlarınızı həyata keçirməyiniz üçün bir vasitədir.Əgər siz qarşınızdakı insanı öz mövqeyinizə çəkmək istəyirsinizsə,onda aşağdakı məsləhətlərə nəzər salın:
1.Ondan xahiş edin.
Biz Benjamin Franklinin məşhur metodundan danışırıq.Bir dəfə Franklinin ondan o qədər də xoşu gəlməyən insanı öz mövqeyinə çəkməli idi.Onda Franklin həmin şəxsdən nadir tapılan kitabı ona oxumaq üçün verməyi xahiş etdi.Franklin istədiyini aldıqdan sora ona təşəkkür etdi və bu,həmin şəxsdə Franklinə qarşı neqativ düşüncəni dəyişdi.Sonradan onlar dost belə oldular.
Bu metodun sirri bundan ibarətdir ki,insandan nəyisə xahiş etdikdə,o gələcəkdə onun sizə işi düşəcəyini anlayaraq sizə kömək etməyə çalışır.
2.Lazım olandan daha çox istəyin.
Bu “qapını alına çırpmaq” adlanır.İlk öncə qarşınızdakı şəxsdən daha böyük və ya axmaq bir şey istəyin.O,bunu rədd etdikdən sonra sizə lazım olanı istəyin.Həmin an o insan ilk xahişinizi rədd etdiyi üçün özünü pis hiss edəcək və bu xahişinizi etməyə çalışacaq.
3.İnsanı adı ilə çağırın.
Məşhur amerikalı psixolog Deyl Karnegi iddia edir ki,insanı öz adı ilə çağırmaq çox vacibdir. İnsan üçün ən xoş söz elə öz adıdır.Çünki ad insanın varlığının göstəricisidir və insan öz adını duyduqca öz varlığını hiss edir və adını çəkən şəxsə daha xoş davranmağa başlayır.
4.Yaltaqlanın.
Əslində yaltaqlanmanında öz qaydaları var.Əgər qarşınızdakı şəxs bu prosesdə sünilik duyarsa,bu sizə zərər gətirə bilər.Siz bacardığınız qədər bunu səmimi etməlisiniz ki,insan buna inansın və sizə qarşı müsbət fikir formalaşsın.
5.Əks etdirin.
Əks etdirmək mimika kimi məşhurdur.Bir çox insanlar heç düşünmədən bu metoddan istifadə edirlər.Başqalarının hərəkətlərini danışıqlarını avtomatik təkrar edirlər.İnsanlar onlara oxşayan insanlarla əlaqə qurmağa daha üstünlük verirlər.
6.İnsanın yorğunluğundan istifadə edin.Yorğunluq təkcə insanın fiziki qabiliyətini azaltmır, həmdə  daxili enerjisini azaldır.İnsan yorğun olduğu zaman,ondan nəsə xahiş etsəniz o çox güman ki “yaxşı sabah edərəm” cavab verəcək.Sabah isə öz sözünün üstündə durmağa çalışacaq.Çünki bütün insanlar verdiyi sözləri tutmağa çalışırlar,əks halda psixi narahatlıq hiss edirlər.
7.Onun rədd edə bilməyəcəyi təklifi səsləndirin.
İnsandan xırda bir şey istəyin,əgər onlar bunu etsələr,deməli onlar daha mühüm məsələdə də sizə kömək edə bilərlər.Amma qeyd etmək lazımdır ki,xırda məsələni etdikdən sonra həmin an əsl istəyinizi deməyin,bir iki gün gözləmək məsləhətdir.
8.Dinləməyi bacarın.
Qarşınızdakı insanı diqqətlə dinləməyi bacarın və danışanın bu məsələyə hansı fikirdə olduğunu hansı hisslər keçirtdiyini anlamağa çalışın.Siz hər hansı ortaq düşüncələri tapacaqsız. Öz mövqeyinizdən çıxış etməmişdən qabaq,onun bütün danışdıqlarından razı olduğunuzu qeyd edin ki,siz danışan zaman o da sizi diqqətlə dinləsin.
9.Opponentin danışdıqlarını təkrar edin.
Bu çox effektiv metodlardan biridir və çox vaxt psixoterapevtlər tərəfindən istifadə edilir.Siz sadəcə danışan şəxsin dediklərini öz kəlimələrinizlə deməlisiniz.Bu cür siz danışan şəxsə ona diqqətlə qulaq asdığınızı göstərirsiniz.Artıq siz danışanda onun sizi diqqətlə dinləyəcəyinə əmin ola bilərsiniz.
10.Başınızı yelləyin.
Adətən insanlar dinləyərkən başlarını yelləyirlərsə,deməli,danışanın sözləri ilə tam razıdır.Beləliklə,qarşıdakı insanı dinləyərkən başınızı yelləyin - axırda bu metod sizin mövqeyiniz doğru olduğuna inadırmağa kömək olacaq.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN