Özünəinamı Necə Əldə Etmək Olar?

0
3564
Özünəinamı Necə Əldə Etmək Olar?

Özünə inanırsansa, demək ki, psixoloji cəhətdən güclüsən. Xüsusilə də özünəinam qadın gücünün açarı sayılır. Fransada aparılan yüzlərlə müsahibə və tədqiqatlar nəticəsində jurnalist Keyt Ceymi Kallan fransızların özünəinam və güvən nüansını kosmetikasız və estetik əməliyyatsız necə əldə etdiklərini təyin edib.

Gizli bağ!

Zaman-zaman biz özümüzü hissiyyat cəhətdən tükənmiş hiss edirik. Kiçik uğursuzluq bizim əhvalımızdakı “Mən”-imizdən bir parça qopara bilir. Bu zəifliyinizin qarşısında dəstək almaq üçün alkaqol, köhnə sevgilinin qollarına qayıtmaq, sizi dəfələrlə incidən insanların yanında olmaq yerinə öz ruhi yorğunluğunuza hörmətlə yanaşın. Sirli bağ öz hisslərinizə güc-qüvvət qazandırma qüçün ruhlandırıcı mühit olacaq. O psixikanızı qidalandıraraq dəstək verəcək. Xarici mühit fransız qadınlarını gücdən məhrum edəndə, onlar öz yataq otaqlarına çəkilib yataq dəstlərini geyinib kitab oxuyurlar. Və yaxud da yoqa ilə məşğul olurlar – deyə Keyt Ceymi Kallan öz müşahidələrini bölüşür. Yaxud da sadəcə uzanıb Van Dam haqqında düşünə, ilk öpüşdüyü günü xatırlaya bilər. Bu addımlar onu yüngüllüyə aparır. Arzular, xəyyallar dünyasını ən son nöqtəsinə qədər hiss edir. Sirli bağ sadəcə bir kitabxanada tapdığı maraqlı kitab ola bilər.

Fransız qadınları hər zaman rahat gedib kitab oxuya biləcəkləri bir kafe təyin edirlər, evə hər zamankı saatdan gec gəlirlər və oxuduqları kitab onlarda belə bir fikir formalaşdırır – hamı eyni deyil. Onlar öz gündəlik həyatlarına özlərinə və dünyaya, uşaqlarına, sevgilisinə, ərinə qarşı yeni hisslərlə qayıdır. Real həyata qayıdarkən onun özünəməxsus sirri olur. Bu özünə dəyər vermək baxımından çox əhəmiyyətlidir. Yox, öz gizli bağınız haqqında sözlər sərf etmək lazım deyil. Həqiqət budur ki, o mövcuddur və mənəvi güc qazanmaq üçün əvəzsizdir.

Gözəl əşyalar!

Biz gündəlik adi əşyalardan istifadə etməyə öyrəşmişik. Özümüzə verdiyimiz dəyər bu səbəbdən də azalmış olur. Biz unuduruq ki, ümumiyyətlə axı bizim gözəl əşyalarımız da var.

Fransız qadınları heç bir vəchlə nənələrinin verdiyi çaynik, stəkan cehiz dəstini unutmurlar. O cehizlər nəinki bayram günlərində, hətta hər gün süfrələrini bəzəyir.

Başqalarını ilhamlandırmaq!

Baxmayaraq ki, biz bunu nəzərə almırıq çox vaxt, amma həyatımızda demək olar ki hər gün yaxşı yönümdə nəsə dəyişiklik etmək bizim əlimizdədir. Hər birimiz bu dünyanı necə yaşamaq lazım olduğuna dair bir nümunəyik. Hətta bunun fərqinə varmadan belə, siz kiməsə, özünüzdən cavan kişi və qadınlara təkan ola bilərsiniz. Buna görə də hətta təcrübəniz olmasa belə, ətarf üçün, əriniz üçün, gələcək nəsillər üçün xoşbəxt görünün, gülümsəyin.

Məsələn, adicə piyada gəzintiyə çıxarkən fikirləşin ki, kənardan sizə baxırlar, istər-istəməz görəsən necə görünürəm, kişilərə necə təsir bağışlayıram deyə düşünəcəksiniz. Keyt Ceymi Kallan qeyd edir:

Biz ətirləri yoxlamaq üçün, alış-veriş etmək üçün yaxınlığımızdakı maqazinlərə giririk, qonşulaqdakı kitab dükanına baş çəkirik. Bütün bunları edərkən biz nəzərə almırıq ki, həyatımızı dəyişə biləcək qarşılaşma məhz həmin vaxt ola bilər. Bir sözlə bizim bu dünyadakı mövcudluğumuz tək bizim özümüzlə bağlı olan bir məsələ deyil, eyni zamanda ətrafımızı da əlaqələndirən bir işdir.

Heç kimə bənzəməmək!

Fransız gözəlliyinin əsas sirri bundadır ki, o özündən razıdır. Yol verdiyi tək şey özünü təkrarsız göstərmək və hiss etdirmək olur. Ona görə də bütün münasibətlərin başlıcası odur ki, öz özəlliyini qoruyasan, öz həyatını yaşayasan, nəinki ərinin, uşaqlarının, dostlarının həyatını. Əlbəttə ki, insanı sevmək, ona dəyər vermək, bəzi güzəştlərə getmək olar, amma siz onun yerinə ki yaşaya bilməzsiz, o da sizin. Sizi sevən olduğu kimi sevəcək onsuz da. Necə varsınızsa elə də sevəcək. Bax məsələ də bundadır, necə varsınızsa elə də qalın həmişə.

Keyt Ceymi Kallan deyir ki, Fransız qadınları çox gözəl bilir onların özəlliyi, təkrarsızlığı nədir və ərin, ətrafın diqqətini necə cəmləyib sabit saxlamaq olar. Məhz bu qabiliyyətlə də meydan oxumaq olar. Əgər ikiləşsəniz, onunla cüt geyinsəniz əlaqələr hər zaman təravətli qalar. Buna baxmayaraq öz xüsusiliyinizi və fərqliliyinizi qorumalısınız. Əgər qadın fərdiliyini qurban verirsə bu münasibətlərdə manatonluq hökm sürəcək və hətta birlikdə olduğu müddətdə belə yanındakı kişini mənəvi cəhətdən tamamlaya bilməyəcək.

Özündən əminlik!

Görüşə hazırlaşmaq ya idman zalına hazırlaşmaq, evdə oturmaq yaxud insan arasına çıxmaq. Biz yeyəndə, yaxud pəhriz saxlayanda belə “ağ-qara” səbəblər peyda olur. Sevgidə də belədir: biz ya hisslərdən imtina edirik, yaxud birdən-birə həyəcanlanırıq, özünəinamımızı itiririk, bizə tamamilə uyğun gəlməyən kişilərlə münasibət qururuq. 

Hər şeyə mülayim yanaşıb özünüzə şokalad tikəsi kimi bir xoşbəxtliyi rəva görün. Fransızların dili ilə desək həyatdakı hər xırda şeydən də həzz almağa cəhd edin. Məsələ onda deyil ki, kişini əldə saxlayasan yaxud ərini məcbur edəsən ki, hər zaman sənə diqqət yetirsin. Həyatının hər dəqiqiəsini, hər saniyəsini daha ürəkaçan şəkildə yaşamaq varkən, gözəl geyinib, fərəhli gəzib, rahat yaşamaq varkən başqa seçimə ehtiyac yoxdur məncə.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN