Özünüzü Inkişaf Etdirin!

0
4030
Özünüzü Inkişaf Etdirin!

İnsanın özünü inkişaf etdirməsi, hər gün özünə yeni bir şeylər qatması çox gözəldir. Bəs necə təkmilləşmək lazımdır? Sizə sınanılmış təkliflərimiz var: 
1. Hər gün kitab oxumaq lazımdır. Heç bir jurnal və ya digər informasiya ötürücüsü bu bilik və müdriklik mənbəyini əvəz edə bilməz. 
2. Yeni dillər öyrənin. Dil bilikləri insanda yeni bacarıq və səriştələr formalaşdırır, həmçinin insana yad ölkənin mədəniyyəti ilə təmas qurmaq imkanı verir.
3. İnsanın mütləq hobbisi olmalıdır. Ola bilsin ki, adət etdiyiniz ənənəvi və ya əksinə tamamı ilə yeni bir sahə ilə bağlı məşğuliyyət yaransın. Çox yaxşı olardı ki, sizin hobbiniz əsas fəaliyyət sahənizdən köklü şəkildə fərqlənsin.
4. İstənilən bir şəhərdə pulsuz seminarlar, kurslar və təlimlər keçirilir, bütün bunlar yeni bilik və bacarıqlar mənimsəməyin ən əlverişli üsuludur. Onlar eyni bir hadisəyə və ya əşyaya başqa bir prizmadan yanaşmağa kömək edir, yeni yanaşma tətbiq etmək imkanı yaradır.
5. Öz ətrafınızda xoş ab-hava, mülayim ortam yaradın. Məhz bizi daima əhatə edən mühit, əşya və insanlar bizi pozitiv əhval ruhiyyəyə yoluxdurur və bizə ilham verir. Bu yaşayış yerinə, iş məkanına, geyimə və sairə də şamil edilir. 
6. Hər bir sutkanı məhsuldar keçirin. Səhər tezdən oyanın, yerinizdən erkən qalxın, bu məhsuldarlığı artıracaq və həyat keyfiyyətinizə müsbət təsir edəcək. Bu zaman özünü ona kökləmək lazımdır ki, belə olduqda hər bir gün daha fəal və aktiv yaşanacaq.
7. Sağlam bədəndə sağlam ruh olar devizini heç zaman unutmaq olmaz. Mütəmadi olaraq bədən tərbiyəsi və idmanla məşğul olun, həm vücudunuzun, həm də ruhunuzun sağlamlığına diqqət yetirin, onları gündəlik ritual halına gətirməyə çalışın.
8. Özünüzə rəqib tapın. Müsabiqə və yarış şəxsi inkişafı stimullaşdırmaq üçün ən yaxşı vasitədir. Özü də ki, bu rəqib istənilən bir sahədə ola bilər – maliyyə, çəki azaltmaqda, idman nailiyyətlərində və s. 
Bu siyahını hələ çox uzatmaq olar. Amma yaxşı olar ki, hər kəs özü uğura nail olmaq üçün özünə yeni qaydalar yaratsın, həmçinin onu motivasiya edən amilləri müəyyən etsin.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN