Qorxunuza Qarşı Çıxın

0
2104
Qorxunuza Qarşı Çıxın

İnanmaq da uğur pillələrindən biridir. Xüsusilə də özünə inanmaq. Bəzən nədənsə əmin olmayıb, səhv etmək və ya axmaq kimi görünməkdən qorxuruq. Bu da bizim edə biləcəklərimizi məhdudlaşdırır. 

Gözəl bir misal: Jah Jiang.
O, “Hooplus” adlı kompüter proqlamlaşdırılması ilə məşğul olan şirkətin təsisçisidir.Onun şirkəti yenicə fəaliyyət göstərirdi və hər dəfə investorlar tərəfindən rədd cavabı aldıqda böyük geriləmə dövrü yaşayırdı. Tez-tez aldığı rədd cavabları onu sanki zədələyirdi. Jah Jiang qəflətən mədəsində zəiflik hiss edirdi. Bundan başqa, əsəbləşir və özünün bacarıqsız olduğunu düşünürdü.
Jiang ilk əvvəl öz şirkətindən əl çəkmək istədi, lakin sonradan özünə güvən hissini aşılamağı qərara aldı. O, müvəffəqiyyət qazanmaq üçün məğlub olarkən və rədd edilərkən ruh düşkünlüyünə düçar olmamağın labüd olduğunu anladı.Onun “rədd edilmə terapiyasına” ehtiyacı vardı.
Jiang qərara gəldi ki, 100 gün ərzində hər gün tanımadığı insanlardan ağlasığmaz şeylər istəsin və ümid etdi ki, insanlar onu rədd edəcəklər. Birinci gün o, əsəbi halda qarşısına çıxan təhlükəsizlik işçisindən xahiş etdi ki, ona 100 dollar borc versin. Əlbəttə ki, onun aldığı cavab “yox” oldu. Növbəti gün o, heyvanlar üçün olan bərbərdən onun saçını kəsməsini xahiş etdi. Bərbər də razılaşmadı, lakin bu dəfə rədd cavabı Jingə əyləncəli gəlmişdi və insanları da güldürmüşdü. Bir müddət sonra insanlar onun xahişini rədd edərkən artıq rahatlıq hiss edirdi.
Belə günlərin birində qəribə bir hadisə baş verdi. O, mağazaya girdi və satıcıdan Olimpiya halqalarına bənzər formalı şirin çörək istədi və nə qədər qəribə olsa da satıcı “hə” dedi. Növbəti gün o qarşısına çıxan market işçisindən onu qucaqlamağını istədi, bu satıcı da “hə” dedi.

Qorxu hissi fiziki ağrılardan yayına bilmək üçün köməyimizə gələ bilər, lakin mənəvi və ya sosial qorxu bizi hər zaman uğurdan kənar saxlayar. Rədd edilmə qorxusu bizim xəyallarımızda canlandırdığımız peşədən qaçmağımıza səbəb ola bilər. Bundan başqa, bu qorxu həm də hər hansısa bir dildən istifadə etməkdən yayınmağımıza gətirib çıxarar və həmin dili öyrənməyə xərclənmiş vaxtın boşa sərf eilməsinə səbəb olar.

Əgər doğru olduğuna inandığınız şeyi etməyə yalnız rədd edilmə qorxusu mane olursa, o zaman özünüzə, qorxunuza qarşı çıxın və etmək istədiyinizi edin.Baş verə biləcək ən qorxulu şey qarşınızdakının “yox” deməsi olacaq ki, siz də bununla rədd cavabı almaqla bağlı təcrübə qazanmış olcaqsınız. Utanmayın...

Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN