Xarizma Yaradın!

0
2365
Xarizma Yaradın!

Xarizmatik liderlər var. Hansılar ki, baxdığımızda heyranlıq duyuruq. Danışığından davranışına qədər, hər bir addımı xarizma daşıyır. Bəs onları özəl edən keyfiyyətlər hansılardır?

1.Etdiyinizə sadiq olun.

2.Qalib kimi görünün, qalib kimi hərəkət edin.

3.Böyük arzu və xəyallarla yaşayın, ulduzlara can atın.

4.Məqsədlərinizə çatmaq üçün inadla irəliləyin.

5.İstənilən tapşırığı yerinə yetirməyə hazır olun və onu gerçəkləşdirmək üçün səylə işləyin.

6.Özünüzü sirlə əhatə edin.

7.Başqa insanlar ilə maraqlanın və xeyirxahlıq edin.

8.Yaxşı yumor hissinə malik olun.

9.Güclü xarakterinizlə tanının.

10.Gərgin vəziyyətlərdə belə özünüzü “şıq” tutun (Con Kennedi deyib ki, “əsl lideri orta səviyyəli menecerdən fərqləndirən gözə görünməyən xüsusiyyət – gərgin anlarda özünü “şıq” tutmasıdır.

11.Bilik gücdür.

12.Böyük uğurlar əldə edən insanların  böyük qabiliyyət sahibi və ya başqalarından ağıllı olması mütləq deyil. Onları başqalarından məqsədyönülülük və öyrənmək yanğısı fərqləndirir.

13.İnsan nə qədər çox bilirsə, o qədər çox şeyə nail olur. Dahi liderlərin dağ zirvələrinə qalxmağa imkan verən metodları vardır.

14.Dünya liderlərinin bioqrafiyasını oxuyun, onların vərdiş, davranış və fəlsəfəsini öyrənin. Fəal rol modelləşdirilməsi vərdişinə yiyələnin.

Aristotel deyib: “ Hər kəs hirslənə bilər, bu çox asandır, amma layiq olan adama, layiq olduğu dərəcədə, uyğun vaxtda, düzgün məqsədlə və düzgün üsulla hirslənmək sadə və hamının bacardığı iş deyil”.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN