Reiki Master

0
1692
Reiki Master

Reiki hər zaman, hər cür ağrı və narahatlıqların aradan qaldırılmasına sürətlə təsir edir. Bundan başqa ruhi inkişafa da müsbət təsir göstərir. Həyatımızda doğru qərarlar qəbul etməyimizdə bizə kömək edər. Bədənimizdə emosional və zehni cəhətdən balanssızlıqlar yaranır. Reiki bədənimizdəki enerjini tənzimləyir və rahatlamağımızı təmin edir. Eyni zamanda, streslə qarşılaşdığımız zamanlarda müsbət reaksiyalarımızı artırır. Reiki ruhi inkişafımızı müsbət istiqamətə yönəldər. 
 
Reikini tətbiq edənlər, özlərini daha yaxşı tanımaq fürsəti əldə edərlər. Reikinin tətbiqi zamanı ən çox ortaya çıxan duyğu, rahatlıq və güvən duyğusudur. 
 
Reiki, ilk yardımda da tətbiq oluna bilər. Qəza zamanında həkimin gəlişini gözləyərkən, şok duyğusunu yüngülləşdirər. Reiki hər zaman faydalıdır və hər cür müalicənin effektivliyini artırır. Reiki kainatın hamımıza bir hədiyyəsidir. 
 
Reiki, zehin-ruh-orqanizmin birliyidir. Bizi şüurlu yaşamağa yönəldər. Yəni, reiki fiziki və ruhi şəfa texnikasıdır. Tək meyar, reikini sevgi ilə etməkdir. Son dərəcə güclü olub, bir o qədər də sadə, etibarlı və hər kəs tərəfindən istifadə edilə bilər. 
 
Reikini tətbiq etmək üçün təşəbbüs çox önəmlidir. Əks halda məlumatlar yalnız nəzəri səviyyədə qalar və tətbiq oluna bilməz.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN