Avea Nə Etməyə Çalışır?

0
1801
Avea Nə Etməyə Çalışır?

Son illərdə mobil operator şirkətləri böyük bir rəqabət içərisindədirlər.Bazar inanılmaz bir şəkildə qiymət dəyişikliklərinə həssas və anlıq reaksiyalar göstərə bilir.Bu halda operatorlar hazırladıqları kompaniya və reklamlarla bu rəqabəti ön plana çıxmağı hesablayırlar.

Bu gün ön plana çıxma da operatorun reklam strategiyasına görə dəyişməyinə təsir göstərə bilir.Məsələn,”Turkcell” reklamlarında təşkilati ictimai məsələlərə tez-tez toxunarkən “Vodafone”-un əhatə dairəsinin genişliyinin və göstərdiyi xidmətin ucuzluğunu vurğulayır.Xüsusilə son illərdə “Avea”-nın dəyişik bir strategiya izlədiyini görürük.

Açıq strategiya,rəqiblərə hücum,zarafat et!

Reklamların başqa bir markada olmayıb,öz markalarında olan bir xüsusiyyəti vurğulamağı onsuz da qəbul edilən bir reklam strategiyasıdır və ötən illərdə bununla bağlı minlərlə nümunələrə rast gəlinmişdir.Hətta bu nümunələrin çoxunda qlobal markaların imzası vardır.

Ancaq reklam strategiyasının tamamilə bu hala gətirilməsi şüuraltı da olsa,marka keyfiyyətinin itirilməsinə gətirib çıxarır.

Türkiyənin dinamikası hazırda bu cür reklam etməyi tələb edə bilir,necə ki,”Turkcell” və “Vodafone”-un da buna bənzər reklamları mövcuddur.Ancaq bu vəziyyətin şişirdilməsi və bunun nəticəsi olaraq öz reklamından çox başqalarının pislənilməsini normal qəbul etdiyimiz fikri doğru hesab edilə bilməz.

 

Tərcümə etdi:Məmmədova Nəzrin

ŞƏRH YAZIN