Baxın,Bir Mebel Markası Nələri Bacardı?!

0
1451
Baxın,Bir Mebel Markası Nələri Bacardı?!

Marka təcrübəsi yaşatmaq insanlarda marka tanınması və nəhayət markaya inamın meydana gəlməsinin əsas komponentlərindən biridir. Evlərimizə isveçin sadə və göz oxşayan mebel tərzini daşıyan, qlobal marka kimi tanınan “IKEA” marka təcrübəsinin əhəmiyyətini nəzərə alaraq,Rusiyada fəaliyyət göstərən "Instinct" adlı bir agentlik ilə “Instead of Café” adlı yaradıcı bir kampaniya təşkil etmişdir.

“Instead Of Cafe” (Cafe Yerinə) kampaniyası əslində rus xalqının qənaət etmək üçün restoranlara getməkdən imtina etdiyi üçün ilhamla yaradılmışdır ... Kompaniyada “IKEA” rus xalqına bahalı restoranlarda rezervasiya etdirmək yerinə Moskva və St. Peterburqda yerləşən “IKEA” mağazalarına gəlməyi məsləhət görür. ”IKEA” mətbəxlərinin onlara yaşadacağı təcrübənin restorandan daha yaxşı olacağını sübut etməyi qarşıya məqsəd qoyan kampaniya bu iki şəhərdə silsilə mağazalar açmışdır.

Moskva və Sankt- Peterburqda açılan bu yeni  “Instead of Café” mətbəxləri əslində hər cür fəaliyyət üçün insanlara fərqli anlayışlar təqdim edəcək tərzdə hazırlanmışdır. Yəni istəsəniz uşağınız üçün bir ad günü təşkil edə bilər, baş-başa yemək yeyə bilər, ya da ailəniz ilə birlikdə vaxt keçirə bilərsiniz. Fərqli ehtiyaclar üçün hazırlanan bu  “IKEA” mətbəxlərində təşkilati işlər üçün öncədən seçim və rezervasiya etməyiniz kifayət edir.

Kampaniya o qədər maraq göstərilmişdir ki kampaniya müddətində “IKEA Instead of Café” mətbəxlərində bir-birindən gözəl yeməklər təşkil etmiş, 60.000 ziyarətçi əyləncə dolu təcrübələr yaşamış, yemək fotoşəkilləri ilə birlikdə təcrübələrini paylaşmağa həvəsli iştirakçılar 5.000 Instagram fotoşəkli paylaşarkən  rezervasiya üçün “IKEA” web saytına təxminən 490.000 ziyarətçi baş çəkmişdir.

“IKEA” bu ​​kompaniyadaki uğurunu əslində öz mebeli qədər sadə və müdrik bir plana əsaslanaraq həyata keçirmişdir. Rusiyada restoranlar kifayət qədər baha olduğu üçün insanların bu yerlərə getmədiyini öz mətbəxlərini tanıtmaq üçün bir fürsətə çevirmiş və mətbəx məhsullarını ilə həm öz müştərilərində maraq oyatmış, həm də mətbəx məhsullarını onlarla birlikdə kütləyə tanıtmışdır.

Global olaraq tanınan və sevilən bir marka olan “IKEA”nın bu ​​müvəffəqiyyətini və sevgisini dizaynda sadəlik, zəriflik və təcrübə ilə uğurlu bir şəkildə həyata keçirəcəyi bizlərə məlumdur. Bütün bunlarla birlikdə təməl olaraq  əsas fikir və diqqəti kampaniyaya yönəltdiyimiz zaman daha çox uğur qazanılacağını düşünürəm. Bəs siz necə fikirləşirsiniz?

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN