Az Sərmayə İlə Nə İş Görə Bilərəm?

0
2581
Az Sərmayə İlə Nə İş Görə Bilərəm?

Hal-hazırki iqtisadi vəziyyətə görə bir çox insan öz gələcəyini qarantiyaya almaq istəyir. İnsanlar sərmayə qoymadan, ya da az bir miqdarda sərmayə ilə qura biləcəkləri işləri

araşdırırlar. Əslində doğru yönə istiqamətlənmiş bacarığınızla aşağıdakı iş fikirlərindən birinə az bir sərmayə ilə başlaya bilərsiniz.
 
Xüsusi koçluq və ya karyera koçluğu:
Xüsusi koçlar və ya karyera koçları insanların içlərindəki potensiallarını ən yüksək səviyyəyə çıxartmalarına köməkçi olan adamlardır. 
 
Sosial mediya məsləhətçisi:
Sosial mediya çox populyar olsa da bir çox insan hələ də sosial mediyadan necə faydalana biləcəyini bilmir. Facebook , Twitter və böyüməkdə olan digər sosial paylaşım saytları
bu gün ki , dünyanın yeni yaranan satış nöqtəsidir. İşçi axtarılır elanlarına bir göz gəzdirin. Bir çox insan sosial mediyadakı nüfuzlarını artırmaqlarına kömək edəcək olan insanlar
axtarmaqdadır. Niyə bu insanlara kömək etməyəsiz və eyni zamanda yeni bir karyera yoluna çıxmayasınız?
 
Tənzimləyici:
Topladığınız bilikdən yararlanaraq digər insanların həyatlarını tənzimləyə bilərsiniz. Kimlərinsə ailə gəlirlərini tənzimləmək və ya düzənləmə mövzusunda bacarığı yoxdursa, bu 
insanların həyatlarını qaydaya salaraq pul qazana bilərsiniz.
 
İstilakçı növdəki həşəratlar ilə mübarizə:
Bir çox insan həşərat hücumundan narahatdır və bu həşəratlar sadəcə iki ayaqlı olanlar deyildir. Pis qoxulu böcəklər və digər böcək növləri də problem yaradan böcək növləri 
arasındadır. Təəssüf ki, zərərçəkənlərin çoxu bu həşəratlarla necə mübarizə aparacağını bilməməkdədir.
 
Tətbiqi inkişaf :
İçinizdəki texnologiya sevgisindən istifadə edərək başqalarının yeni proqramlar hazırlamasına köməkçi ola biləriz. İdarələr məhsullarını və xidmətlərini xalqa birbaşa təqdim 
etmənin yollarını axtarmaqdadır. Bunu da ancaq proqramlar vasitəsilə edə bilərsiniz. 
 
Özəl yaşam məsləhətçisi
2005-ci ildən bəri 500 milyondan çox istifadəçinin online keçmişlərinə hər hansı bir yolla çata bilmişlər. Yaxın gələcəkdə bu rəqəmin artması gözlənilir, cünki texnologiya 
həyatımızın hər sahəsinə nüfuz etməkdə davam edir. Özəl yaşam məsləhətçiləri həm idarələrə, həm də şəxslərə xidmət edərək gizli tutulan bütün xüsusi mövzuların və 
sənədlərin qorunmasına kömək edirlər. 
 
Yaşlılara xidmət:
Az sərmayə ilə başlanacaq işlərdən biri də yaşlılara müxtəlif xidmətlər verməkdir. İnsanların ömürləri uzamağa başladığından yaşlıların baxımı da hər keçən gün artmaqdadır.
Bu da qayğıya möhtac bir çox insan olduğu anlamına gəlir. Bu insanların övladları da işləmək məcburiyyətində olduğu üçün bir çoxları ana və atalarına baxmaları üçün 
başqalarına ehtiyac duyarlar. Siz də bu yaşlı insanlara baxaraq pul qazana bilərsiniz. 
 
Toylar üçün video və şəkil çəkmək:
Şəkil çəkməyi sevir ya da bu cür işlərə marağınız varsa az sərmayə ilə görə biləcəyiniz qazanclı bir işə sahib ola bilərsiniz. İnsanlar toylarının və xüsusi günlərinin 
videolarının çəkilməsini istəyirlər. Bu sahə keçmişə nəzərən daha da inkişaf etmişdir. Sadəcə bir kamera və şəkil çəkən aparata sahib olaraq və kiçik bir təlimə pul 
qazanmağa başlaya bilərsiniz. 
 
Xüsusi qida tədarükçüsü:
Alergiyası olanların və müəyyən diet qaydalarına əməl etməsi lazım olan insanların sayı gündən günə  artmaqdadır. Bu səbəbdən də bəzi insanlar özləri üçün uyğun olan qidaları
axtarırlar. Bu növ qidalar üçün olan tələb olduqca yüksəkdir və artmağa da davam edəcəkdir.
 
Tərcümə etdi : Yəhyalı Cəlalə 

ŞƏRH YAZIN