Bazarda Satışla Məşğul Olmaq.

0
1857
Bazarda  Satışla Məşğul Olmaq.

Sərmayəsiz ya da kiçik bir sərmayə ilə görə biləcəyiniz işləri araşdırıb sizlərə təqdim etməyə davam edəcəyik. Bu yazımda sizlərə kiçik sərmayə ilə görülə biləcək işlərdən biri olanbazarda məhsulunuzu satmaq işini başa salmağa çalışacayıq.

Bazarlar 100 illərdir ki, məhsulların satıldığı və xalqın qida alış-verişi etdiyi ən önəmli yerlərdəndir. Təzə yerli məhsulların olduğu, cəmiyyətdəki hər insanın eyni səviyyədə olduğu, 
supermarketlərin təqdim etmədiyi  mükəmməl ərzaqların, evdə düzəlmə malların satıldığı və mövsümi dadların paylaşıldığı yerlərdir. Siz də bazarın bir parçası halına gəlmək
istəyirsizsə,  evdə istehsal etdiyiniz və ya haradansa əldə edə bildiyiniz məhsulları aşağı sərmayə ilə bazarda satmağa başlaya bilərsiniz. Bazarda satış işiylə məşğul olmaqda
qazanclı və təsirli olmaq istəyirsizsə bəzi planlar qurmağınız lazım gələcəkdir. 

Bazarda necə məhsul satılar?
1-Hazırlıq görmək üçün ehtiyacınız olan hər şeyin siyahısını düzəldin. Bunun nəticəsində müddəti asanlaşdırarsınız və son dəqiqə panikasından yaxa qurtarmış olursunuz. Bazarın
bir parçası olmaq demək çox çalışacağınız mənasına gəlir. Gündəlik istehsalı qaydaya salmalısınız, məhsulları güvənli bir şəkildə daşımalısınız və alıcılar gəlmədən hazır olmalısınız.
Bütün günü hazırlıqlı olmalı və alıcılara dözməlisiniz. Yəqinki günorta yeməyiniz belə sendiviç kimi bir atışdırmalıq olacaq və yeməyinizi stolunuzun arxasında yemək məcburiyyə-
tində qalacaqsız. Bunlara qarşılıq olaraq çox çalışmağınızın qarşlılğını da alacaqsıznız. Bazarda satışla məşğul olmaq qida  yarımarkasına qatılmaqdan və bir supermarket
zincirinə topdan satış etməkdən daha əlverişlidir. Və sosial əlaqələr əyləncəli, real və canlı olacaqdır. 

*Bazarda dostluqlar qurmaq yaxşı fikirdir, çünki bir insanlar təcili işiniz çıxdığında  və sürətli hərəkət etməyiniz lazım olan zamanda sizə yardımçı olarlar. Və sizdən də eynisini
gözləyərlər.

*Bu işi tək başınıza mı, bir dostunuzla mı yoxsa bir ortaqla görmək istəyirsiz? Ən azı bir adamla işləmək sizin işlərinizi asanlaşdıracaq.

2-Nə satacağınıza qərar verin. Bazarlarda çox vaxt hər növ tərəvəz və meyvələr təzə halda satılır. Təzə balıq, evdə hazırlanmış un məhsulları, isti-soyuq içkilər, lobya və mürəbbələr,
turşular, qurudulmuş ədviyyatlar kimi evdə hazırlanmış yeyintilər satılır. Bəzi şeyləri ağlınızda saxlayın:

*Məhsulları xüsusi olaraq hazırladığınızı və ya yetişdirdiyinizi söyləyərək alıcıların gözündəki dəyərinizi artırın. 

*Məhsulları bazara gətirib çatdırmaq üçün lazım olan nəqliyyat işlərini qaydaya salın. Dadlı tərəvəzlər və balqabaqları yetişdiribdə bunları bazara gətirə biləcək qədər böyük   
bir  maşın və ya digər nəqliyyat vasitənizin olmaması problem yarada bilər. Çatdırılma işini özünüz həll edə bilmirsizsə  sizə kömək etməkdən məmnun olan birindən xaiş 
edin. 

*Tələb varsa evdə hazırlanmış sabunlar, gözəllik məhsulları, dəri və ya yun məhsullar, toxuma məhsulları və paltarlar da sata bilərsiniz. 

*Bunu ağlınızdan çıxarmayın ki, bazara gələn alıcı sadəcə təzə məhsullara üstünlük verir. 

3-Təzgah açmaq istədiyiniz bölgədəki bələdiyyəyə müraciət edərək nələr etməniz lazım olduğunu öyrənin. İnternet vasitəsilə bazar yerlərə idarəçiliyini oxuyaraq məlumat
sahibi ola bilərsiniz. Məsələn satış yeri təhsis ediləcək bazarçılarda tərəvəz və ya meyvə ya da belediyyədən icazə verilən digər qida və ya eyhitac maddələrinin satışı ilə 
ələ keçirmək, əlaqədar iş quruluşuna qeydiyyatdan keçmək, vergi mükəlləfiyyəti daşımaq və müraciət tarixindən əvvəlki bir il içində bələdiyyənin sənin haqqında təxsis
qərarı verilməmiş olması kimi bir sıra şərtlər axtarılır. Bundan əlavə bələdiyyəyə şəxsiyyət vəsiqənin seriya nömrəsini, əlaqədar iş quruluşuna , Kənd Təsərrüfatı Nazirlyi daxilində 
əlaqədar sistemlərə yazılı olduğunuzu göstərən sənəd və son altı ay içində çəkilmiş üç ədəd vəsiqəlik şəkil verməyiniz lazımdır. 

*Yaxşı hazırlanmış bir satış danışığınız olsun. Özünüzdən əmin görünməniz uğur qazanmaq şansınızı artıracaqdır. Başlamadan öncə potensial rəqabəti araşdırın. Satacağınız
məhsulları necə fərqliləşdirəcəyinizi fikirləşin. 

*Bazara nə qədər alıcı gəldiiyini, mövsümi dəyişmələrin olub olmadığını və hər hansı bir sığorta etdirib etdirməməyiniz lazım olduğunu öyrənin. 

*Bazar açıq yoxsa qapalıdır? Açıq və ya qapalı olması qərarınızı dəyişdirə bilər. 

4-İstəyinizi qəbul etdikdən sonra düzənləmələrinizi planlaşdırmağınız lazımdır. Stol və stullar mı olacaq yoxsa çadır və ya təzgahdan istifadə edəcəksiniz? Seçdiyiniz təqdim
etmə üsuluna görə qatlanıla bilən stul, örütk və ya böyük çətir, şkaflar, masa örtükləri, pul çantası və hesablayıcı kimi müəyyən əşyaları almağınız lazım gələcəkdir.

*Ödəmə alanda və ya artıq pul qaytaranda çox diqqətli olun. Dalğınlıqla verilən pul artıqları sizi zərərə aparacaqdır.

*Qazancınızı etibarlı bir yerdə saxlayın. Satıcıların bir çoxu pulu önlərinə bağladıqları bel çantalarında saxlayarlar. 

5-Hazırlıqlarınızı bir gün əvvəldən görün. Bazarın olduğu gün paketləmə və seçim üçün vaxtınız olmayacaq. Ən yaxşı yol bütün məhsulları hazırlamaq və maşın və ya digər nəqliyyat 
vasitəsinə bir gecə öncədən yükləməkdir. 

*Un məmulatları satacaqsınızsa məhsulları bir gün əvvəldən bişirin. Bəzi məmulatları dondura bilər və bir gecə öncə ərimələri üçün çıxarda bilərsiniz. 

*Lazım gələrsə məhsulları qablaşdırın. 

*Məhsulları bir gün əvvəldən yığın və qutulara yerləşdirin. 

*Etiketlər qoymağınız lazım gələrsə bir gün öncədən hazırlayın. Etiketləri komputerdə hazırlayacaqsızsa etiket faylını yaddaşda saxlayın ki,  gələn dəfə hazırlamaq üçün
vaxt itirməyin. 

*Pulları qaydasına salın. Bir qədər xırda pula ehtiyacınız olacaq. 

6-Tez yatın. Bazarlar adətən həftə sonları qurulsa da həftə içi qurulanlar da vardır. Axşam 9-da yatmağa gedin. Səhərisi gün çox yorulacağınız üçün enerji toplamağınız
lazımdır. 

7-Bazarın olduğu gün tezdən qalxın. Bazarda ilk dəfə təzgah açacaqsanız daha erkən oyanın. Təcrübə sahibi olduqca qısa yolları öyrənəcəksiniz və biraz daha çox yata 
biləcəksiniz. Ancaq təzə başlamısızsa çox tez qalxın ki, yolunda getməyən bir hal olduqda düzəldə biləsiniz. 

8-Alıcılarla yaxşı münasibətlər qurun. Təzgahın önündən keçən müştərilərə hər zaman "Salam" və ya "Sabahınız xeyir" deyin. Alıcıların soruşa biləcəyi hər növ suala 
hazırlıqlı olun. Sizdən məhsulla bağlı detayları, necə hazırlandığını və təzə olub olmadığını sosruşa bilərlər. Bazarçılığın məqsədi vasitələri aradan qaldırmaq və alıcılarla 
birbaşa əlaqə qurmaqdır. 

*Hər zaman gülümsəyin. Müştəricilərin istiqanlı satıcılardan xoşları gəlir. 

*Gördüyünüz işlə qürur duyun. Xalqa təzə məhsullar təqdim edirsiniz, yaşamınızı qaydaya salırsınız və insanların sağlıqlı qidalanmalarına kömək edirsiniz.

Tərcümə edən: Yəhyalı Cəlalə.

ŞƏRH YAZIN