Biznesin uğurlu təşkili üçün gərəkli təlimat

0
822
Biznesin uğurlu təşkili üçün gərəkli təlimat

Uğurlu iş 3 elementdən asılıdır:

1. Hal -hazırda olan işlərin ümumi vəziyyətinin aydınlaşdırılması
2. Şirkətin lazımi səviyyədə təmsil edilməsi
3. Prosesin bir vəziyyətdən digərinə keçidinin planlaşdırılması

Bir şirkəti açmazdan əvvəl siz ilk növbədə aşağıdakı sualları cavablandırmalısınız:

Şirkət ->təşkil olunmuş forma ->vergilər ->əhatə dairəsi ->buraxılan məhsul, işlərin xarakteri ->rəqabət analizi ->fondlar və onların strukturu (işçilərin) ->satış strategiyası ->marketing->risklər->hədəf->təşkilatın güclü və zəif tərəfləri->lazımi sərmayələr.

Unutmayın ki, siz işə yeni başlayırsınız. Yaxşı olar ki, siz yeni məhsul və ya xidmət yaradasınız. Ancaq əgər bu an üçün bunu etmək mümkün deyilsə, onda siz qiymət siyasəti haqqında hərtərəfli düşünməlisiniz.

Siz işinizdə sizə kömək edəcək çoxsaylı informasiyalar toplamalısınız. Siz öz yolunuzu seçməli, unikal məhsul və xidmət yaratmaq üçün çalışmalısız. 

İlk başda böyük məbləğdə xərcinizin çıxacağına psixoloji cəhətdən hazır olmalısınız. Məlumdur ki, işin ilkin mərhələsində istifadə etmək üçün ən azı yarım illik fond lazımdır. Əgər bu vəsaitlər kifayət deyilsə, digər alternativ mənbələri axtarmaq lazımdır.

Sizin biznesinizin böyük və ya kiçik olmasından və sizin qazanmaq istədiyiniz məbləğdən asılı olmayaraq, hər bir biznes qurmaq istəyən şəxsin biznes planı olmalıdır. Hər halda sizə biznes planı lazımdır.

Bunun üçün sizə aydın, içində hər şeyi ardıcıllıqla qeyd etdiyiniz bir plan lazımdır. Bir sözlə, sizə bütün iş əməliyyatının dəqiq planı lazımdır - başlanğıcdan məqsədə nail olana kimi. Elə bu da sizin biznes planınız olacaqdır. Təcrübə göstərir ki, belə planlar hər zaman işə yarayır.

Sizə biznes plan lazımdır? Onu necə tərtib edəcəyinizi bilmirsiniz? Biz sizə bu işdə kömək edərik.

Bu, həqiqətən, çox asandır. Sadəcə oturub yazmaq lazımdır. Bu, sizin çox vaxtınızı almayacaq, ancaq sizə çox xeyir verəcəkdir. Sadəcə olaraq, aşağıda müəyyən edilmiş qaydalara riayət edin və inanın ki, sizdə hər şey çox yaxşı, hətta əla alınacaq.

Sizin bütün biznes planınız bir A4 vərəqində olmalıdır. Bir çoxunuz bununla razı olmayacaqsınız, ancaq onu nəzərinizə çatdıraq ki, əgər siz şəxsi biznesinizi qurmaq üçün öz məqsədlərinizi bir A4 vərəqinə sığışdıra bilmirsinizsə, onda bu o deməkdir ki, siz nə etmək istədiyinizi bilmirsiniz. Bu həm də o deməkdir ki, siz buna lazımi qədər diqqət yetirmirsiniz. Buna görə yadda saxlayın ki, sizin bütün biznes planınız bir vərəqdə olmalıdır!

Yaratdığınız biznesi dəqiq və aydın təsvir etmək lazımdır. Biznesə başlamazdan əvvəl siz özünüzə aydın və ideal bir gələcək təsəvvür etməlisiniz. Yəni siz təsəvvür etməlisiniz ki, sizin biznesiniz yaranıb, fəaliyyət göstərir və sizə istədiyiniz nəticəni verəndə necə görünəcəkdir. Əgər sizin, biznesinizin necə olacağı haqqında fikriniz yoxdursa, onda siz onu necə qurmaq istəyirsiniz? Təsəvvür edə bilmədiyiniz bir şeyi yaratmaq olmaz. Sizin onun sonda necə olacağı haqda heç bir fikriniz yoxdursa, onu qurmaq olmaz. Ona görə təsəvvür edin ki, hər şey hazır olduqdan sonra o necə olacaqdır. Hər şeyi aydın olaraq yazın. Həmçinin aşağıdakı sualları da cavablandırın. 

— Mənim işimin ümumi konsepsiyası nədir?
— Mənim ideal müştərim kimdir?
— Mənim ideal müştərilərim nəyi haradan alırlar?
— Növbəti 90 gün ərzində mən nə qədər qazanmaq istəyirəm?
— Bir il ərzində mən nə qədər qazanmaq istəyirəm?
— Mənim əsas rəqiblərim kimlərdir?

Biznesinizin sosial təminatlarını təyin edin. Biznesinizin cəmiyyətə gətirəcəyi faydaları təsvir edin. Bu vacib şeyləri yazdıqdan sonra davam edin. Özünüzə sual verin. Nə üçün hədəf auditoriyası onlara təklif etdiyiniz məhsulları və xidmətləri qəbul etməlidir? Bu suala dəqiq və ətraflı cavab verin.

Sizin məhsulunuz və ya xidmətiniz alıcının hansı problemini həll edir? Sizin təklifinizi unikal edən nədir? Yəni niyə müştərilər rəqiblərinizdən deyil də, sizdən almalıdırlar?

Məqsəd və istəklərinizi yazın. Ən azı bəzi nəticələr əldə etmək üçün sizin məqsəd və istəkləriniz yazılı formada qeyd olunmalıdır. Bizə təsirli və nəzərə çarpan nəticələr lazım olduğu üçün onları belə yazmaq lazımdır: aydın, konkret, ölçülü. Ən yaxşısı bütün məqsəd və istəkləri sıra ilə nömrələyərək yazmaqdır. Məsələn:

1. İl ərzində 100000 dollar qazanmaq

2. Növbəti 30 gün ərzində müştəri sayını 67-dən 101-ə qaldırmaq.

3. Növbəti aydan başlayaraq məhsulların sayını artırmaq.

Hər məqsədə çatdıqda yanına bir işarə qoyaraq nail olduqlarınızı qeyd edə bilərsiniz.

Yazılı olaraq biznesinizin strateji inkişafını qeyd edin. Məqsədlərinizə nail olmaq üçün nəyi, nə vaxt və necə edəcəksiniz? Bu sualların cavabı sizin biznes planınızda aydın və konkret şəkildə öz əksini tapmalıdır.

Siz bütün bu məqsədlərə necə nail olacaqsınız?

- Reklam vasitəsi ilə?

- Şəxsi proqramın köməyi ilə?

- Birgə layihələrlə?

Məhsulları bu siyahıya daxil etməyiniz üçün nə qədər müddət tələb olunacaq? Bu məhsullar nələrə həsr olunacaq və onlar ansı formatda olacaq?

Özünüzə ünvanlayacağınız ən önəmli sual isə budur: Siz bunların hamısını edəcəksiniz?

Əslində həyatda online biznesin inkişafı üzrə müxtəlif üsullar mövcuddur. Əlbəttə ki, onların hamısına eyni vaxtda diqqət yetirmək mümkün deyil.

Ona görə sizin vəziyyətiniz üçün ideal olan, sırf sizin üçün nəzərdə tutulmuş üsul və metodları seçmək lazımdır.

Fəaliyyət planını hazırlayın və işə başlayın. Yaxın zamanda həyata keçirməli olduğunuz məqsədlərinizi, vəzifələrinizi, niyyətlərinizi və onlara nail olmağın yollarını müəyyənləşdirib yazın. Hər bir uğurlu addım üçün iş vaxtını müəyyənləşdirin. Bütün bu işləri etdikdən sonra siz düşünəcəksiz ki, nədən başlayım?

Cavabı çox asandır. Ən əvvəldən başlayın.

Sonra digər addımları atın və ardıcılıqla davam edin. Əmin olun ki, əgər tənbəllik etməsəniz və hər şeyi vaxtında etsəniz, siz 100%-lik nəticə əldə edə biləcəksiniz.

Yuxarıda qeyd olunmuş addımları icra etdikdən sonra sizin aydın, strukturlaşdırılmış, qısa və effektiv biznes planınız olacaqdır. Elə indidən yazmağa başlayın, sonraya saxlamayın yoxsa «sonra» dediyiniz vaxt ümumiyyətlə gəlməyə bilər. İnanın ki, bu, sizin çox vaxtınızı almayacaqdır. Uğurlar!
 

ŞƏRH YAZIN