Dünyanı dəyişdirən şirkətlər

0
2142
Dünyanı dəyişdirən şirkətlər

İstehlakçılara təqdim etdikləri məhsullarla, gündəlik həyatı dəyişdirən şirkətlər:

British East India Company

British East India Company, 1600-cü illərdə şərqdəki ədviyyatı qərbə daşımağa başlamasıyla, dünya iqtisadiyyatında ticarət və istehlakın, Çin və Hindistandan qərb ölkələrə də keçməsini təmin etdi. Tarixi mənbələrdə 1700-cü illərdə Çin və Hindistanın dünya iqtisadiyyatının 47%-nə bərabər olduğu, ancaq bu şirkətin ticarətiylə qərb ölkələrində də iqtisadi fəaliyyətin canlandığı bildirilir.

Otis Liftləri

ABŞ-lı sənayeçi Elisha Otis tərəfindən yaradılmış lift şirkəti, əmlak bazarını başdan aşağı dəyişdirdi. Liftlər olmadan əvvəl ABŞ-da ən çox yeddi mərtəbəli binalar tikilirdi. İnsanlar liftləri təhlükəli olaraq görürdü. Hal-hazırda dünyanın ən yüksək binası Burj əl Kalifə-də belə Otis liftləri xidmət göstərir.

Standard Oil

John D. Rockefeller-in 1870-ci ildə yaratdığı neft şirkəti, o dövrdə 440 milyon dollar sərvətlə sənaye başçısını ABŞ-ın ən zəngin adamı elədi. 1880-ci illərə gəldikdə, şirkət dünya neft bazarının bir nömrəsi idi. Daha sonra nəhəng holding, tərkibində bu günün ən böyük firmaları Exxon Mobil, Chevron kimi markaların da olduğu 34 ayrı şirkətə ayrıldı.

AT&T

Graham Bell-in 1876-cı ildə telefonu ixtira etməsindən dərhal sonra, həmin dövrdə də fəaliyyət göstərən və bu günün ən böyük telekommunikasiya şirkətlərindən olan ABŞ-lı AT&T Telefonu müəlliflik hüquqlları ilə birlikdə satın aldı. 20-ci əsrin əvvəllərində telefon istifadəsi yalnız AT&T vasitəsilə edilə bilirdi.

Ford Motor 

Henry Ford, 16 İyun 1906-cı ildə yaratmışdır. 1908-ci ildə ABŞ-da orta təbəqənin satın ala biləcəyi bir avtomobil istehsal etmə xəyalını reallaşdırdı və satışa təqdim etdi. O gündən bu günə Ford bütün dünyada xalqa xitab edən avtomobillər istehsal edir.

McDonalds

ABŞ-ın klassik yemək mədəniyyətini dünyaya təqdim etdi. Hal-hazırda tərkibində 1,3 milyon nəfər çalışır. 100-dən çox ölkədə 35 mindən çox şöbəyə gündə 70 milyon müştəriyə xidmət göstərir.

Google

1996-cı ildə bir qarajda yaradılmış şirkət, Hal hazırda bütün dünyanın məlumat axtarmaq üçün müraciət etdiyi ilk ünvandır.

 

ŞƏRH YAZIN