E-Kitab Yazaraq Pul Qazanmaq

0
4425
E-Kitab Yazaraq Pul Qazanmaq

Hər zaman içinizdəki yazarı kəşf etməyi düşündünüz, lakin heç fürsətiniz olmadımı? Budur sizə fürsət. Öz e-kitabınızı yazaraq asanlıqla internetdən satışını həyata keçirə bilərsiniz. 

Beləliklə sevərək məşğul olacağınız bir əlavə iş sahibi ola bilərsiniz. Üstəlik hansı növ bir e-kitab yazdığınızın da bir əhəmiyyəti yoxdur. Satılacağına inandığınız bir kitab olsun yetər. Bir yemək kitabından da müəyyən miqdarda pullar qazana bilərsiniz. 

Planşetlərin, ağıllı telefonların həyatımızda  fırçası qədər lazımlı olmağa başlaması, e-kitab bazarına böyük dəyər qazandırmışdır. Bundan 10 il əvvəlki e-kitab bazarını bugünki halı ilə qarşılaşdırdığımızda bunu dəqiq görürük. Bu irəliləyişlər e-kitab yazaraq pul qazanmağı daha da cazibəli etməkdədir. Budur sizlərə bu əlavə iş imkanı haqqında ətraflı məlumatlar:

E-kitab yazaraq necə pul qazanmaq olar?

1-Möhtəşəm bir kitab yazın. Bu sizin ən önəmli öncəliyinizdir. Eyni zamanda edilməsi ən çətin olan işdir. 

Problem budur ki, yazıçıların çoxu kitablarının yaxşı olduğuna inanır. Ən pis vəziyyətlərdə belə bütün oxuyucuların qaralamalarımızı sevəcəyini və pul  ödəcəyini düşünürük.

Sizə tövsiyyəmiz yazıçı qruplarına qatılmanız və geri bildirim almanızdır. Tərif üçün deyil, tənqid üçün səy göstərin. Tərif şəkər kimidir, hər birimizin tərifdən xoşu gəlir, amma bu bizim üçün elə də yaxşı hal deyil. Yazdığınız mətnin güllə keçirməz olmasını istəyirsizsə, yanlışın harada olduğunu  tapmanız lazımdır və bunu edə bilmək üçün başqalarına ehtiyacınız olacaqdır. 

2-Kitabınızı düzgün qiymətləndirin. E-kitab növünə bağlı olaraq 4-40 manat arasında satılmaqdadır. 
E-kitabınız qısa olsa belə yetərli qədər yaxşı olduğundan əmin olun. Bəzi qısa hekayələr romanlardan belə yaxşı ola bilər.

3-E-kitabınızı düzgün formatlayın. HTML və MS Word proqramlarını yaxşı bilirsinizsə bunu öz-özünüzə edə bilərsiniz. Ancaq nə etdiyini bilən və bu proqramları gözəl istifadə edən birindən kömək almağınız daha professional nəticələr almağınıza yardımçı olar.

Pis hazırlanmış bir e-kitab pis tənqidlərə səbəb olar və nəhayətində kitab satılmaz.

4-İnsanlar kitab üzlüklərini tənqid edərlər. Kitab üzlüyünün professional olduğundan əmin olun. 

5-Gözəl bir açıqlama yazın. Açıqlamanız aşağıdakıları əhatə etməlidir:
Növ
Söz sayı
Yazıçının bioqrafiyası
Fikirlər.

6-Kitabınızı satacağınız platformanı seçin. E-kitabınızı xticarət.com saytına üzv olaraq satışını həyata keçirə bilərsiniz. Üzvlük üçün başlanğıcda sadəcə 10 manat  vəsait istərlər. Üzv olduqdan sonra müəyyən razılıq ilə kitabınızı sata bilərsiniz. 

Ya da kitabınızın məzmununa görə internet saytlarına reklam verə bilərsiniz. Məsələn, "101 salat resepti" adlı bir yemək kitabı yazdınız və 5 manatdan satmağı düşünürsünüz. 
 
E-kitabınızın reklamını yemək tarifləri saytlarına verə bilər, 20 ədəd satışdan 70 manat qazana bilərsiniz. Razılıq bağladığınız internet saytı sayı artdıqca gəliriniz də artacaqdır.

7-E-kitabınızın reklamını edin. Twitter və Facebook kimi sosial mediya platformalarında yer alın və bir internet hesabınız olsun. 

E-kitabınızın reklamını aparmağın digər yolları:

*Arxa hissələrə digər yazıçıların statlarını qoyun və eynisini siz də onlardan istəyin.
*Müxtəlif e-kitab qrublarını online olaraq araşdırın.
*E-mail imzanıza e-kitabınızın linkini qoyun.
*Blog komentlərinə və forumlara qatılaraq online görünürlük yaradın.

Sual: Bir təmsilçiyə ehtiyacınız varmı?
Cavab: Şəxsi e-kitabınızı yayınlatdırmaq üçün bir təmsilçiyə ehtiyacınız yoxdur. Lakin sizə tövsiyyəmiz bir təmsilçinizin olmasıdır.

Sual: Kitablarımı özüm yayınladacaqsam niyə təmsilçim olsun?
Cavab: Əvvəllər təmsilçi olmadan yayın sözləşməsi imzalaya bilməzdiniz və ya yayın sözləşməsi olmadan bir təmsilçiniz də olmazdı. Lakin şəxsi yayınçılıq yüksəlməyə başladığından bəri vəziyyət dəyişdi. 
 
Çap yayınçıları e-haqqlar tələb edir və bu biraz ehtiyatlı bir vəziyyətdir. Bu heç bir təmsilçinin onlara satış üçün bütün haqqlarınızı vermədiyiniz müddətcə sizi təmsil etməklə maraqlanmayacağı mənasına gəlir.  Tonlarla e-kiatb satırsınızsa bir təmsilçinin e-kitabınızı təmsil etməsini istəyə bilərsiniz, lakin e-kitablarınızın satışını dayandırmanız da lazım ola bilər.

Sual:E-kitablar satmağı buraxıb çap kitabları hazırlamağı mı yoxlamalıyam?
Cavab: Gəlin iki tərəfin də avantajını və dezavantajlarına baxaq.

Ənənəvi yayınçılığın avantajları
*geniş paylaşım və daha artıq çap
*avans almaq
*quruluş, düzənləmə və üzlük dizaynı
*bazarlama gücü

Ənənəvi yayınçılığın dezavantajları
*kitabın çap olunması uzzun sürər
*e-kitablara görə daha çox xərc çıxar
*üzlük və başlıqda dəyişiklik etmə gücünə sahibdirlər
*kitabınızla bağlı qərarların çoxuna qatıla bilməzsiniz
*dəyişiklik etmək çətindir
*çap etdirmək olduqca çətindir.

Şəxsi çapdan çıxarmanın avantajları
*ayda bir dəfə ödəniş alarsınız
*qiyməti və üzlüyü kontrol edə bilərsiniz
*təqdimat hardasa anlıqdır
*dəyişiklik etmək asandır
*bütün qərarlar sizə aiddir
*şəxsi yayınçılığı hər kəs bacara bilər.

Şəxsi çapdan çıxarmanın dezavantajları
*professional redaksiya, düzəltmə və ya üzlük dizaynı yoxdur
*satışlar daha aşağıdır
*e-kitablar kitab bazarının 10%-ni təşkil edir

Sual:Kimlər e-kitab satmalıdır?
Cavab: Çapdan çıxmış köhnə kitablarınız varsa bunları e-kitab olaraq sata bilərsiniz. Bundan əlavə daha öncə heç bir kitab təcrübəniz olmasa belə e-kitab yazaraq sata bilərsiniz.
Məsələn, yeməkləriniz ətrafınızdakılar tərəfindən tərif alır və yaxşı bir aşbaz olduğunuza inanırsınızsa, yemək təriflərinizi e-kitaba çevirərək satış etməyiniz mümkündür.

Sual: Sadəcə tanınmış yazıçıların e-kitabları uğur qazanır?
Cavab: Xeyr, bu işi yaxşı yerinə yetirən bir çox yeni yazıçılar vardır.

Sual:Hər kəs şəxsi yayıçılıq edərsə oxuyucular yaxşı kitabları necə tapacaq?
Cavab:Çapdan çıxmış milyonlarla kitab vardır və oxuyucular istəyərlərsə axtardıqlarını tapa bilərlər. Bu kitablara bir neçə milyon kitab daha əlavə olunması bir şeyi dəyişdirməz.
Yaxşını və pisi bir-birindən ayırmağın yolları vardır və şəxsi  hisslər hər zaman böyük rol oynayar.

Sual:Şəxsi yayınçılıq sayəsində həyatımı idarə edə bilərəmmi?
Cavab:Ənənəvi yayınçılıqdan ciddi pullar qazanan çox insan yoxdur. Çoxunun davamlı bir işu vardır. Başlanğıcda bunu əlavə iş olaraq düşünməlisiniz. 

E-kitab sataraq nə qədər pul qazanaram?

Qazanc üçün dəqiq rəqəmlər vermək ümüd ticarətindən irəliyə keçməz. Lakin ətrafımızdan misallar çəkmək lazımdırsa, bu işlə məşğul olanlar aylıq 120-800 manat arasında
dəyişən rəqəmlərdə qazanc əldə edənlər mövcuddur.

Tərcümə edən: Cəlalə Yəhyalı


 

ŞƏRH YAZIN