Ətrafında kimsə yoxdur?

0
845
Ətrafında kimsə yoxdur?

İş həyatında müvəffəqiyyətin sahib olunan ətrafla da əlaqəli olduğu deyilir. Güclü bir çevrə iş həyatında yüksəlmə yaşayarkən, daha yaxşı bir iş axtararkən, bir problemə həll tapmağa çalışarkən və bir çox mövzuda faydalı ola bilər. Fərqli peşə qruplarından insanlar tanımaq, onlarla mütəmadi ünsiyyət qurmağın, ictimai həyata da zənginlik qatdığı bir həqiqətdir. 

Ünsiyyət qurmaq və ətraf mühitin yaradılması (networking) mövzusunda səhv fikirlərdən biri, bu işin yalnız başqalarından fayda təmin etdiyi istiqamətindədir. Halbuki işin ən incə nüansı, almaqdan əvvəl verməyə yönəlmək, ya da kömək gözləməkdənsə kömək təklif etməkdir. İş həyatı yalnız sərmayə ilə yaşamır. Bunun üçün güclü bir ictimai sərmayə də lazımdır.

Networking-in incəlikləri:

 

1-Dərhal başlayın: Bu iş üçün zaman lazımdır. Ətrafınızdakılarla uzun müddət davam edə biləcək sağlam əlaqələr qurun. İşə ən yaxınlarınızdan başlayın. (Ailə, yaxın dost, qohumlar).


2-Tanış olmaq istədiyiniz şəxsləri seçin: Onlarla harada, necə tanış ola biləcəyinizi araşdırın və planlı bir şəkildə orada olun. 


3-Keyfiyyətli söhbət etməyi öyrənin: Özünüzlə əlaqədar hekayə danışın. 


4-Mütləq kartınız olsun: Əgər bir işə başlamayıbsınızsa, tanış olduqdan sonra buraxacaq vizit kartınız olmalıdır. Peşəniz və ya bitirdiyiniz bölümü yazıb nəşr etdirə bilərsiniz.


5-Yığıncaqlara hazırlaşın: Harada, kimlər iştirak edir, kim dəvət etdi, nə geyinmək lazımdır, kimlərlə tanış olmaq istəyirsiniz, tanışlardan kim var öyrənin.


6-Təcili yardım çantanızı hazırlayın: İki kartvizitlik (Alacağınız kartları sizinkilərdən fərqli yerdə saxlayın), qələm, qeyd dəftəri, nəfəsiniz üçün nanəli konfet, yığıncaq yerinin ünvan məlumatı, gülüşünüz, marağınız, zarafat qabiliyyətiniz.


7-Qarşınızdakını dinləyin: Davamlı danışan siz olmayın.


8-Həmişə eyni adam və qrupla olmayın: Bir yığıncaqda mütləq yeni insanlarla tanış olmaq üçün səy göstərin.


9-Əlaqələrdən uzaqlaşmayın: Məsələn təhsil nümayəndələri ilə, sinif yoldaşlarınızla ünsiyyəti itirməyin. İllər sonra onların həyatınıza zənginlik qatacağını görəcəksiniz.


10-Davam etdirməyin bir yolunu tapın: Yalnız tanış olmuş olmaq, əlaqədə olduğunuz mənasını verməz. Onu izləyin, təşəkkür qeydi göndərin, onun üçün edə biləcəyiniz hər hansı bir şey varsa etməkdən çəkinməyin.


11-Aktiv olun: Professional təşkilatlarda vəzifə alın.


12-Şəxsi web saytınızı qurun: Maraq duyduğunuz sahələrdə fikirlərinizi paylaşın.


13-Şəxsi markanızı yaradın: Başqalarının sizi tövsiyə etməsini hədəfləyin.


14-Ayda ən az (siyahınızda yerləşən) 2 adamla tanış olun: Və onlar üçün nələr edə biləcəyinizi soruşun.


15-Fərqliliyə əhəmiyyət verin: İnsan sayından çox, fərqli şəxslərin olmasına diqqət yetirin.

 

ŞƏRH YAZIN