İnstaqramdan Pul Qazanmağın Yolları

0
4122
İnstaqramdan Pul Qazanmağın Yolları

İnstaqram ilk çıxanda sadəcə görüntü təməlinə dayanan bir proqram idi. Lakin 7 saniyəlik videoların yayınlandığı Vine proqramı çıxdıqdan sonra keyfiyyətini genişləndirərək proqrama 15 saniyəlik videolar əlavə olundu. Əlavə olunan bu yeni xüsusiyyət sayəsində online olaraq pul qazanmaq istəyənlər və ya qazananlar işlərini daha da yaxşı bazarlar halına gətirdi. Bu məqalədə sizə instaqram vasitəsilə e-mail listini genişləndirməyi, məhsul satmağı, xidmət təklif etməyi, internet xüsusiyyətli seminarların reklamını aparmağı və affiliate məhsulların satışını aparmağından danışacağıq.

Unutmayın ki, instaqramdakı linklər tıklana bilməz, amma intaqram paylaşımlarınızı Twitter, Facebook və Tumbir`də paylaşsanız tıklana bilərlər. İnstaqramdakı paylaşımlarınızın

görüntülənməsi üçün linklərinizin yaddaşda qalıcı olmasına diqqət edin və hədəf səhifənin mobil olaraq istifadə edildiyindən əmin olun. 

Linklərin qısa və yaddaşda qalıcı olmasının bir digər səbəbi də şəkil və video fayllarınızı mobil telefonunuza əllə daxil olmaq  məcburiyyətində olmanızdır. 

İzləyici siyahınızı genişləndirin

Əvvəlcə izləyici siyahınızı genişləndirməklə işə başlayın. Ancaq bunu unutmayın ki, İnstaqramdakı xüsusiləşdirilmiş səhifənizdə yer alan şəkil və videoların hamısının izləyici siyahınızla uyğun olması lazımdır. Əslində aşağıdakı bütün ip ucları hədəf kütlənizlə uyğun olmalıdır.

Şəkillər və videolardan istifadə edərək insanları özünüzə tərəf çəkin. Məsələn, e-kitab satacaqsınızsa, kitabın üzlüyünün şəklini paylaşın. Təhsil videoları hazırlayacaqsınızsa, bunun 15 saniyəlik videosunu paylaşın. 

Üzvlük dəvətinizdə istifadə etmək üçün şəxsi bir mesaj hazırlayın. Üzv olacaqların e-mail siyahınıza niye qatılmaları gərəkdiyini başa salan 15 saniyəlik bir qarşılama videosu hazırlayın.

Məmnun olan insanlardan geri dönüş aldınızmı? Bu insanların geri dönüşlərini sübut olaraq istifadə edib və ya edə bilməyəcəyinizi soruşun.  İcazə verdikləri təqdirdə geri dönüşlərinin və adlarının olduğu rəsm hazırlayın və bunu İnstaqramda paylaşın. 

Məhsullar sataraq pul qazanmaq

Əvvəlcə fiziki məhsullar, yoxsa digital məhsullarmı satacaqsıznız, buna qərar verin. Məsələn, qadınlardan  ibarət  olan bir izləyici siyahınız  varsa, kosmetika, paltar, bujiteriya və

sağlamlıq məhsulları  satmağı düşünə bilərsiniz. İnstaqram  vasitəsilə məhsul satışını həyata keçirməyin bir neçə yolu:

Yeni məhsulunuzun tanıdıcı şəkillərini və videolarını istifadə edərək ön təqdimat edin. Yəni məhsulu tamamilə  göstərməyin. İnsanlarda yetəri qədər maraq oyandırdıqdan sonra

məhsulu tamamilə göstərin. Həyacanı artırmaq üçün xüsusiləşdirilmiş məhsul haştagları  (#) istifadə edin.

Məhsulunuzla əlaqədar 15 saniyəlik reklamlar hazırlayın. Məhsulunuzun hansı xüsusiyyətlərini vurğulamaq  istəyirsizsə, bu hissələri göstərdiyinizdən əmin olun. 

Müştərilərdən gəln məhsul haqqında fikirlərin videolar varmı? Ən yaxşı  fikirlərdən ibarət bir video  hazırlayın və bunu instaqramda paylaşın. 

Müəyyən bir haştag istifadə edərək məhsul şəkillərinizi  paylaşan fanatlarınız varmı? Bu şəkillərdən ən yaxşılarını seçərək bir görüntü hazırlayın və səhifənizdə paylaşın.

Müştərilərinizin İnstaqram şəkillərindən ibarət bir albom hazırlayın  və internet hesabınızda paylaşın. Təbii ki, əvvəlcə  icazə alın. Potensial müştərilərinizə məhsullarınızı 

istifadə edən insanların necə xoşbəxt olduqlarını  göstərin. Bunu etməyiniz satışlarınızı artıracaqdır. 


Xidmətlər təklif edərək pul qazanmaq

İstər web dizayner, istərsə də mühasibatçı olun İnstaqram xidmət yönlü işinizi tanıtmaq  üçün sizə bir sürü fürsət verər. Budur bəzi ip ucları:

Müştərilər üçün etdiyiniz işlərin yer aldığı portfolunuzu  instaqramda  istifadə edin. Bu bir qrafik dizaynın ekran rəsmi, ən son çəkdiyiniz toy şəkillərindən biri ola bilər. Və yaxud məmnun qalmış bir müştəri məktubu ola bilər.

Hədəf kütlənizi izləyin və işlərini gözdən keçirin. Bir məhsul dizayneri asanlıqla böyük markaları izləyə bilər və ən aktual məhsul paketləmələri ilə bağlı fikirlərini paylaşa bilərlər. 

Xidmətlərinizin reklamını aparın. Bir  problem göstərin və məhsulunuzun bu problemi necə həll etdiyini  göstərən 15 saniyəlik  video hazırlayın. 

Oxşar problemi yaşayan insanların xüsusi bir hastag istifadə edərək problemlə bağlı şəkil paylaşmaqlarını istəyin. Bunu bir yarışa çevirin və qazanana 30 dəqiqəlik pulsuz

məsləhət xidməti təklif edin. Qazanan adam böyük ehtimalla xidməti qəbul etmək istəyəcəkdir və qazana bilməyənlər də eyni şəkildə xidmətinizlə maraqlanacaqdır.

Müştəri fikirlərindən ibarət olan rəsmlər hazırlamağınız sosial sübutunuzun bir parçası olacaqdır.

İnternet əsaslı seminarların reklamını təşkil edin

İnternet əsaslı seminarlar məhsul satmanın ən yaxşı yollarından biridir, çünki dönüş faizləri e-mail patlamaqlarından və sadəcə satış edilən səhifələrdən daha yüksəkdir. Nə qədər çox insan qatılırsa o qədər yaxşı olar. Budur instaqramda internet əsaslı seminarların təqdimatını aparmaq üçün bəzi ip ucları:

İnternet əsaslı seminarınız üçün 15 saniyəlik ön izləmə videosu hazırlayın.

Seminar gününü xatırladan qrafiklər göndərin. Eyni zamanda seminarın canlı olduğunu anladan qrafiklər də hazırlayın. 

Daha öncəki seminarlara qatılanlardan gözəl geri dönüşlər almısınızsa, bu fikirləri bir video içində toplayın və bir sonrakı seminar başlamadan öncə paylaşın.

Birdən artıq çıxış edəcək qonağınız varsa bu adamların vəsiqəlik şəkillərini bir yerə toplayaraq albom yaradın və paylaşın. 

Affiliate məhsul sataraq pul qazanmaq

Affiliate bazarlamaçı olaraq İnstaqramı istifadə edərək satışlarınızı artıra bilərsiniz. Paylaşacağınız linklərlə bağlı iki seçim vardır:

-Affiliate məhsulla bağlı fikirlərin yer aldığı link,

-Birbaşa affiliate linkləri

Satdığınız məhsulla əlaqədar həyacanınızı göstərin. İzləyicilərinizi həyacanlandırmaq üçün çoxlu şəkillər və videolardan istifadə edin. 

Müəyyən affiliate məhsullarla bağlı nəticələri göstərən şəkillər və videolar paylaşın. İnsanlar ölçülə bilən nəticələr əldə edən digər insanları gördüklərində təsirlənəcəklər.

İnsanları daha artıq öyrənməyə vadar edəcək 15 saniyəlik videolar hazırlayın. 

Online pul qazanmaqla maraqlanan izləyiciləriniz varsa müraciət linklərinzi paylaşın ki, sizinlə affiliate olsunlar və siz də onlar sayəsində dəyər qazanın. İnsanları proqramla bağlı təsirləndirmək üçün ən son aldığnız dəyərlərin ekran şəkillərini paylaşın. 

Affiliate linkiniz vasitəsilə alış-veriş edənlərə bonuslar verin. Bonuslar üçün şəkillər və ya 15 saniyəlik videolar hazırlayın.

Nəticə

Artıq instaqramın sadəcə yemək, heyvan və ya uşaq rəsmlərindən ibarət olmadığını anlamısınızdır. Düzgün izləyicilərllə və mesajlarla instaqram sizin üçün mükəmməl bir pul  qazanma yeri olacaqdır.

Tərcümə edən: Cəlalə Yəhyalı

 

ŞƏRH YAZIN