İnternetdən Necə Pul Qazanmaq Olar?

0
4155
İnternetdən Necə Pul Qazanmaq Olar?

Qlobal bazar hələ insanların ofislərinə kosmik aparatlarla getdiyi jetlər səviyyəsinə çatmasa da işləyən insanlar komputerləri olmadan rahat ola bilmirlər. Aşağıda internetdən pul qazanmaqla bağlı müxtəlif yollar və eyni zamanda internet dünyasında uğur qazanmaq istəyənlər üçün ümumi tövsiyyələr tapacaqsınız.


İnternetdən pul qazanmağın sürətli yolları.

1-Domen (sahə adı) adları alın. Bəzi insanlar domen adları alıb sataraq yaşam xərclərini qarşılayırlar. Google Adwords istifadə edərək trend olan açar sözləri tapa bilər və bu məlumatlardan istifadə edərək domen adları ala bilərsiniz. Qısa, asan və ya hərəkətli adlar adətən çoxdan alınmışdır. Lakin siz də internet saytları olmayan firmaların baş hərflərindən yaranan təsadüfi qısaltmalar ala bilərsiniz. Məsələn, Contract Pharmaceutical Corporation şəxsi internet saytı açmaq istəyəndə CPC.com domen adını almaq istəmişdirlər. Amma domen adı daha öncədən satıldığı üçün satın alan insana 200 000 dollardan artıq pul ödənmişdir.

2-Online anketlərə qatılın. Online anketlər sizə çox qazandırmasa da, çox vaxtınızı aparmaz və nəğd pula ehtiyacınız olanda mümkün bir çarə olaraq qarşınıza çıxar.

Online bazarlama ilə pul qazanın. 

1-Affiliate (satış ortağı) satışçı olun. Affiliate bazarlamada reklam verən, məhsullarını ya da xidmətini internet üzərində bazarlamalara qarşılıq affiliate`lərə satış başına əvvəlcədən
müəyyənləşdirilən bir ödəniş edərlər. Affiliate`lər (satış ortaqları) reklam verənin  kompaniyalarını bir çox fərqli  kanaldan bazarlayarlar. Affiliate reklamlar internet saytlarına, bloglara və səhifələrə bağantılı məqalələr əlavə edərək ( mövzunuzun güclü və maraq çəkici olması sizə avantaj qazandırar, lakin spam kimi görünməsinə əngəl ola bilməzsiniz), məhsul tanıtma videoları və banner reklamları vasitəsilə yerləşdirilir. Lazım olan halda bir internet saytı olmadan da affiliate bazarlama həyata keçirə bilərsiniz. Məsələn, youtube`da məhsulla bağlı linkləri əhatə edən videolar paylaşa bilərsiniz.

İnternet saytınızın, blogunuzun və ya səhifənizin ziyarətçi sayı çoxdursa tıklama başına  ödəmə imkanlarından yararlana bilərsiniz. Tıklama başına çox pul qazanmasanız da ziyarətçi sayınız müəyyən bir gəlir əldə etməyinizə yardımçı olacaqdır.

2-Gizli müştəri olun. Gizli müştərilər, əvvəlcədən təlim alaraq real ya da potensial müştəri kimi davranan insanlardan yaradılır. Hər hansı bir xidmət  müddətini yaşayıb  ölçərək, təcrübələrini əhatəli və tərəfsiz bir şəkildə hesabat verərlər. Real dünyamızda insanların çoxu gizli müştəriləri eşitmişdir, amma artıq virtual dünyada da gizli müştərilərin sayı gün keçdikcə artmaqdadır.

Online məzmunlar ilə pul qazanın.

1-Freelance dizayner olun. Portolyunuzu sərgilədiyiniz bir internet saytı açın və online elanlardan iş taparaq müştəri siyahısı yaradın. Hər nə qədər bu şəkildə iş qurmaq və oturtmaq üçün daha artıq vaxt xərcləməyiniz lazım gəlsə də öz qiymətlərinizi müəyyənləşdirə bilər və reklam şirkətləri ilə gəlirinizi paylaşmaq məcburiyyətində qalmazsınız.

2-Fond fotoşəkil satın. Hobbinizi davam etdirərək pul qazana biləcəyiniz ən yaxşı yollardan biridir. İnsanlar fond şəkilləri açar kəlimələrlə axtardığı üçün  uyğun olan bir rəsmi müştərilərin alması üçün istifadəyə verə bilərsiniz. Şəkli paylaşdıqdan sonra müştərilər tərəfindən şəklin satın alınmasını gözləyirsiniz. Adətən satış başına çox pul qazanmasanız  da yüklədiyiniz şəkil sayı artdıqca aylıq qazancınız artacaqdır. iStockphoto, ShutterStock və Fotolia kimi internet saytlarını incələyərək fikir sahibi ola bilərsiniz.

3-E-kitab satın. E-kitablar hər kəsə xitab etməz, amma özünüzü qurtaran yenilikçi həll yolları tapmısızsa və biriləri sizə ödəniş etmək üçün geri döndüsə bazar yarada bilərsiniz. 

4-Proqram satın. Mükəmməl bir konseptiniz varsa, lakin proqramlaşdırma bimirsinizsə sizə köməkçi olması üçün bir proqramçı ilə razılaşa bilərsiniz. Rəqiblərinizdən bir addım öndə olmağın yollarını tapın, oxşar fikirləri incələyin və proqramları satacağınız firmanın qaydalarına ayaq uydurun.

5-Məqalələr satın. Kiçik müəssisələrin, internet saytlarının və bazarlamaçıların çoxunun yaxşı yazılmış məqalələrə ehtiyacı vardır. Məqalələrin çoxu 200-300 kəlimədir və başlanğıcda elə də çox pul qazanmazsınız. Bu mövzuda istedadlı olduğunuzu sübut etsəniz xidmətlərinizə qarşılıq daha artıq qazanc tələb edə bilərsiniz. İstedadlı bir yazarsınızsa işlərinizi rəsmi yayınlara təqdim etməyi yoxlaya bilərsiniz.

İnternetdən  satış edərək pul qazanmaq.

1-Online mağaza açın. Müştərilərə təsir edəcək əldə hazırlanmış məhsullarınız varsa bu məhsulları internet üzərindən sata bilərsiniz. İnternet maraqlısı deyilsinizsə və ya öz- özünüzə bir internet səhifəsinə idarə  edə bilməyəcəksinizsə eBay və ya gittigidiyor kimi e-ticarət saytlarında hər hansısa bir məbləğ ödəmədən şəxsi online mağazanızı aça bilərsiniz. Ya da bir internet saytı dizaynı üçün biriylə razılaşa bilər və ya öz-özünüzə hazırlaya bilərsiniz.

2-Virtual mağaza yaradın. İstər inanın, istər inanmayın satıcılar online oyunların içərisində virtual məhsullar sataraq  pul qazanmaqdadırlar. Özünüzə bir avatar yaradaraq və bir mağaza açaraq digər oyunçularla iş apara bilərsiniz. (və ya sadəcə gerçək dünyadakı işinizin reklamını edə bilərsiniz) Təbii ki, əvvəlcə oyunu tapmalı və dükan qurmaq üçün pul ödəməlisiniz. Bu müddəti bitirdikdən sonra dünyadakı fərqli yaş qruplarındakı bir sürü insanla əlaqə yarada biləcəksiniz. 

İnternet üzərindən iş görərkən diqqət etməli olduqlarınız.

1-İnternet üzərindən hansı işi görürsəniz görün, yaxşı bir ilk təəssürüat buraxmaq olduqca önəmlidir. Bütün işlərdə olduğu kimi markanız (internet saytı, virtual mağaza və s.) çəkməli, başdan çıxarmalı və insanları daha artığını istəmələri üçün təşviq etməlidir. Güclü bir marka ağıllıca hazırlanmalı və başa düşülən olmalıdır. Xidmətlərinizi və məhsullarınızı tanıtmalı, xəbərlər və məlumatlar verməli və saysız fürsətlər təqdim etməlidir.

*Məhsullarınızı və xidmətlərinizi fərqliləşdirin, işinizi bənzərsiz edən xüsusiyyətləri müəyyənləşdirin. Bütün diqqətinizi markaya, xüsusi xidmətlərinizə və ya xidmətlərinizin müştərilərin problemlərini necə həll etdiyinə verin. Fərqliləşdirən ünsürlərinizi vurğulayaraq markanızı yüksəldin.

*Müştərilərinizə qarşı dostca və cana yaxın olun. Müştərilərinizin sizinlə əlaqə olmasını istəyirsizsə, internet saytınız məlumatlandırıcı olmalıdır. Eyni zamanda  müştərilərlə olan əlaqə və ünsiyyət motivləndirici şəkildə hazırlanmalıdır.

*Ortaq firmayla bir razılaşma aparın. Ortaq firmanın razılaşmasını  bir vəkilin asistanlığında gözdən keçirin və  hüquqşünas fikri alın. Bu sayədə ödəmələrin şərtlərini və necə ödəmə alacağınızı öyrənə bilərsiniz.

2-Bacarıqlarınızı və biliyinizi istifadə edərək güclü bir online görüntü yaradın. İstedadlı bir satış ustası və ya qrafik dizayner ola bilərsiniz. Lakin bu bacarıqlarınızı online olaraq necə istifadə edəcəyinizi  bilməyə bilərsiniz.

*Axtarış vasitələri kurslarına qatılın. Online olaraq və ya təlim qurumlarından  bu kursları alaraq mövzu ilə əlaqədar məlumat sahibi ola bilərsiniz. Uğurlu bir online kariyera yaratmaq istəyirsinizsə, axtarış matorlarının necə istifadə ediləcəyini bilməyiniz lazımdır. Bu təlimlər markanızı necə adlandıracağınız və ya Google kimi axtarış matorlarında üst sıralarda necə yer ala biləcəyinizi öyrədir.

*İş planı hazırlayın. İş planı hazırlayarkən işlərin yolunda getməsinə kömək edəcək məqsədlərinizi müəyyənləşdirə bilərsiniz.

*Peşəkarlardan məsləhət alın. İnternet üzərindən pul qazanan uğur qazanmış bir dostunuz və ya həmkarınız varsa onun məlumat və təcrübələrindən faydalanın. Hansı mövzuda yaxşı olduğunu və ya nələri edərək uğur qazandığını öyrənin. Öz online işinizi necə quracağınızla bağlı nə qədər çox məlumat və fikir alsanız sizin üçün o qədər yaxşı olar.

3-Tək başınıza çalışarkən fədakar olmalısınız. İnternetdən yaxşı bir şəkildə pul qazanmaq istəyirsinizsə səy göstərməli, zamanınızı necə istifadə edəcəyinizi bilməli və özünüzü işinizə adaptasiya etməlisiniz.

*Finansal ehtiyaclarınızı müəyyənləşdirin. Böyük pullara ehtiyacınız var? Yoxsa sadəcə bəlli miqdarda pul qazanmaq istəyirsiniz? Ehtiyacınız olan gəlir səviyyəsi nə qədər vaxt və səy göstərməyiniz  lazım olduğunu müəyyən edəcəkdir.

*Online işinizə ayıracağınız zamanı hesablayın. İki uşaqlı və təmizlik proqramə olan evdən çıxmayan bir anasınız, yoxsa heç bir şərtə, qaydaya bağlı olmayan azad bir insansınız?
 
Bir gündə işinizə ayıracağınız zamanı təsbit edin və bu zamanı qazanmaq istədiyiniz pul miqdarı ilə qarşılaşdırın. Adətən bəlli işlərdə müştəri siyahısı yaradana qədər, xüsusilə ilk aylarda və illərdə daha artıq zaman xərcləməyiniz lazım gələcəkdir.

Xəbərdarlıqlar.

Hər hansı bir online proqrama qatılmadan qabaq  əvvəlcə araşdırma aparın. Əgər firma başlanğıc üçün bir ödəmə istəyərsə və ya müqaviləyə əsaslanan  razılaşma  hazırlamaq istərsə istehsalçı haqqları ilə əlaqədar məlumatları gözdən keçirin. Yalançı online firmalar özlərini qanuni olaraq və online pul qazanmaq imkanı kimi göstərib pulunuzu alaraq sizi ortada buraxa bilərlər.

Tərcümə edən : Yəhyalı Cəlalə
 

ŞƏRH YAZIN