İş adamları üçün yeni imkan- AUTSORSİNQ

0
2172
İş adamları üçün yeni imkan- AUTSORSİNQ

Son zamanlar dünya maliyyə böhranı iş adamlarını narahat edən əsas məsələlərdən biridir. Heç kimə sirr deyil ki, hər bir biznesmen öz işini qurarkən bir məqsəd güdür - stabil gəlir əldə etmək. Böhran zamanı isə bu istək daha da artır. Gəlin görək, böhran vaxtı nə baş verir? Dövriyyə aşağı düşür, kontraktların sayı azalır, əlavə vəsait axtarışları başlayır, işçi sayının ixtisar olunması məcburiyyəti yaranır. Tanış vəziyyətdir, elə deyilmi? Bir tərəfdən əlverişli şərtlərlə kredit axtarışı, digər tərəfdən işçilərin işlərinə nəzarət. Sizcə Siz çıxılmaz vəziyyətdəsiniz? Ancaq bu belə deyil. Çin dilindən tərcümədə “böhran” sözü iki heroqliflərdən ibarətdir: (危 机 wēijī - «veytszi»), «təhlükə» və «şans». Deməli, Çin fəlsəfəsinə əsasən, “Təhlükə varsa, ondan çıxış yolları da vardır”. Sizin üçün bu cür “Şans” autsorsinq ola bilər. Bu məqalədə Sizləri “autsorsinq” dünyası ilə tanış etməyə çalışacağıq.


Gəlin görək, “autsorsinq” nə deməkdir?

“Autsorsinq” (“outsoursing”) ingilis sözüdür , “outside resource using” (“kənar mənbədən istifadə etmək”) söz birləşməsindən əmələ gəlib, biznes dilində desək, şirkətin qeyri-effektli və ya az effektli fəaliyyət növünün daha üstün keyfiyyət göstəricilərinə malik peşəkar tərəfdaşlarına ötürülməsi deməkdir.
“Autsorsinq” məfhumu XX əsrin fenomeni kimi qəbul edilib və yalnız XX əsrin 80-ci illərindən biznes aləmində bir istiqamət kimi geniş yer almağa başlayıb.
 

ŞƏRH YAZIN