Möhtəşəm Bir Fikriniz Var, Ancaq Sərmayəniz Yoxdur?

0
2061
Möhtəşəm Bir Fikriniz Var, Ancaq Sərmayəniz Yoxdur?

Yeni başlanğıc üçün gələcək vəd edən bir fikriniz varsa sərmayə əksikliyinin sizin qarşınızı almasına icazə verməyin. 

Və budur, irəli addımlamağınıza köməkçi olacaq səkkiz ipucu:
 
1 Peşəkar olun
Bacarıqlarınızla və peşənizlə əlaqədar bir işə girəcəksinizsə xaricdən kimdənsə məsləhət xidməti almaq üçün pul xərcləmənizə ehtiyac yoxdur. 
 
2 Dostlarınıza söyləyin
Uğurlu bir başlanğıc etmək istəyirsinizsə, gördüyünüz işi bütün "dünyaya" xəbər etməlisiz. Dostlarınızla, ailənizlə, qonşularınızla, daha öncəki iş yoldaşlarınızla , bir sözlə hər kəslə
danışın. Sosial mediyadan istifadə edin və bir neçə telefon əlaqəsi saxlayın. Sizə kimlərin kömək etmək istəyəcəyini və ya kimlərin xəbərləri yayacağını əsla bilə bilməzsiniz. 
 
3 Büdcəylə hərəkət edin
Öz işinizi qurarkən telefon,  elektrik enerjisi qəbzi və iş yeri kirayəsi kimi bəzi məcburi xərcləriniz olacaqdır. Yola çıxarkən pulunuzu necə xərcləyəcəyiniz mövzusunda diqqətli olun.
 
4 Borca girməyin
Ofis mebelləri və digər əşyalar kimi ehtiyacınızı ödəmək üçün girdiyiniz işdən gələn gəlirdən istifadə edin. Ehtiyacınız olan hər şeyi bir dəfəlik ödəniş kartınıza yüklənərək satın 
asan kimi görünsə də sonrakı ayın xərclərini gördüyünüz zaman şoka girə bilərsiniz. 
 
5 Sağlam bir ödəmə siyasətiniz olsun
Müştərilərinizin xoşuna gələcək bir ödəmə siyasətiniz olmasın. Şirkətinizin daha da böyüməsinə kömək edəcək bir ödəmə siyasətiniz olsun.
 
6 Zaman qiymətlidir
Alın təri ilə qazanılan sərmayə (işinizi və markanızı qurmaq üçün sərf etdiyiniz enerji) iqtisadi dəyər anlamında  işinizin irəliləməsi və iqtisadi dəyəri qədər önəmlidir. 
 
7 Xəbərləri yayın
Yeni şirkətinizlə bağlı xəbərlərin yayılması üçün sosial mediadan istifadə edin və özünüzü işində güvənilən biri olaraq göstərin.
 
8 Eyni zamanda bir çox iş görün
İstər satış, istər müştəri münasibətləri, istər maliyyə, istərsə də insan qaynaqları olsun uğurlu bir çıxış etmək istəyirsinizsə çox çalışmanız və bir çox işi eyni anda görməyiniz 
lazımdır.
 
 
Tərcümə etdi Yəhyalı Cəlalə

ŞƏRH YAZIN