Promotion Nədir?

0
7669
Promotion Nədir?

Marketinq ailəsinin ən qlamur üzvü

Promotion haqda 2012-ci ilin bir cümə günündən yazmağa başlayıram. Ola bilsin ki, bu sözü çox tez-tez eşidirsiz. Bu bloqda da əvvəllər qeyd edilib. Lakin bir qədər fərqli tərəfdən yanaşıb yazmaq istədim. Ondan başlayım ki, dilimizə tərcüməsi təşviqatdır. Kimimiz üçün məlum, kimimiz üçün naməlum olan bu anlamın çox vaxt reklam ilə eyni şey olduğunu güman edirlər. Bunun niyə belə olduğuna kiçik izah verək:
 

Marketinq qarşısına qoyduğu bir sıra tapşırıq və qərarları əhatə edir və reklam həmin qərar və tapşırıqlarla müqayisədə çox kiçikdir. (Cüzi bir hissədir.)  Marketinqdən kənar olanlar “promoşn” haqda eşitdikdə yalnız reklam barədə düşünürlər. Bu normaldır. Çünki reklam “promoşn”ın ən çox görünən və daha çox başa düşülən metodudur. Reklam marketerin öz əmtəə və xidmətini irəlilətməkdən ötrü seçə biləcəyi müxtəlif yollardan biridir. Bir sözlə necə ki insanlar satışla marketinqi eyniləşdirir, eləcə də promonu reklamla eyniləşdirirlər.

Lakin bu yazım heç də ona ünvanlanmayıb ki, insanları marketerlərə , qeyri marketerlərə bölüm. Bütün yazdıqlarım kimi bu yazımın sadəcə faydalı olmasını istəyirəm. Qaldı ki, nəqədər faydalı olacaq? bunu sizlər qərar verəcəksiniz,əziz oxucular.
Mətləbdən uzaqlaşmayaq. Marketinq qərb elmidir. Onun tərkibi olan promotion da bizə qərbdən gəlməkdədir.

Qərbdə isə bir çox marketoloqlar “promotion”la bağlı fəaliyyətləri marketinqin ən qlamur tərkib hissəsi kimi görür. Çünki “promotion” kompaniyanın mallarının rəqiblərin təklif etdiyindən fərqli olduğunu bildirməyə yönələn ən kreativ fəaliyyətdir. Kreativlik promo qərarların verilməsində vacib element olduğundan marketerlər bilməlidir ki, marketinq kommunikasiyaları necə işləyir və promo tədbirlər təşkilata məqsədə çatmaqda necə kömək edirlər. Promoşn xüsusi təşkilati məqsədlərə yönəlmiş fəaliyyətdir. Həmin təşkilati məqsədlərə çatmaq üçün hədəflənmiş auditoriyaya promo tədbir vasitəsi ilə müəyyən bir mesaj ünvanlanır. Promo təkcə firmalar üçün vacib deyil, həm də mənfəət güdməyən təşkilatlar üçün vacibdir. Çünki müasir dövr istənilən fəaliyyətdə tanıtımlıq faktorunun vacibliyini qabartmaqdadır. İstənilən marketinq və biznes qərarlarının verilməsində olduğu kimi promo qərarlar da veriləndə onun başqa tip qərarlarla əlaqəsini mütləq bilmək lazımdır. Promo qərarlar bu qərarların başqa sahələrə təsirini nəzərə alınmaqla verilir. Bundan ötrü də promo qərarları verənlər digər qərarar verənlərlə birgə işləməlidirlər. Promo qərarları verərkən vacib ideya odur ki, siz hədəflənmiş auditoriyaya ardıcıl mesajlar çatdıra biləsiniz. Davamı olacaq...

 

Ceyhun Qubatov

Korrektə edən:Ayna Salmanlı

 

ŞƏRH YAZIN