Satış Zamanı Gizli Faydalar

0
989
Satış Zamanı Gizli Faydalar

Satış və marketinq müasir dövrün ən əsas peşələrindən biridir.Məhsul bazarda mövcud olduqca satış və marketinq də var olmaq məcburiyyətindədir.
Məhsul kimə satılır?Ən doğru cavab "ehtiyacı olana".Kritik xüsusiyyət də budur,faydanı ortaya çıxarma zəruriliyi.İstehlakçı,müştəri,yəni satışın həmsöhbəti özünə bir fayda verəcəyi hissinə qapılmazsa,niyə pulunu sizin məhsulunuz üçün xərcləsin ki?Faydanı ortaya çıxarmağın əsasları isə:
 
1.Doğru sualları soruşmaq.
2.Yaxşı bir dinləyici olmaq.
3.Empati qurmaq.

-Doğru sualları soruşmaq:Açıq suallarla müştərimizə ehtiyacının nə olduğuna dair məlumatı almaq,bağlı suallarla dinlədiklərimizi, etdiyimiz hasilatı qarşı tərəfə təsdiq etdirmək lazımdır.
 
-Yaxşı bir dinləyici olmaq:Bəzən müştərilər əslində nəyə ehtiyacı olduğuna dair bizə elə əhəmiyyətli tövsiyyələr verirlər ki,siz yaxşı bir dinləyici deyilsinizsə,bu tövsiyyələr uçub gedər.Yaxşı dinləmək,anladıqlarımızı da qısa-qısa təsdiq etdirmək əhəmiyyətlidir.Çünki müştərilər özlərini dinləyən və anlayan,həll yolu tapan tərəflərdən xidmət almaqdan məmnun olurlar.
 
-Empati etmək:Həyatın hər sahəsində əhəmiyyətli olan empati edə bilmə bacarığı satış sahəsində də olduqca əhəmiyyətlidir. Empati edərək qarşı tərəfin bizi məhsul və xidmətini satıb qaçmağa çalışan aqressiv bir satıcı kimi qəbul etməsinin önünə keçə bilərik.Çox sıx olduğu hər halından müəyyənləşən bir müştərini uzun təqdimatlar edərək yormaqdansa,yeri gəldiyində yalnız "Salam" deyərək,daha uyğun olduğunda təkrar gəlmək istədiyinizi söyləyərək bir növ  görüş təşkil edə bilərsiniz.

Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN