Satışa mane olan nədir?

0
2161
Satışa mane olan nədir?

 Böyük ticarət mərkəzləri və ya mağazalara diqqətlə basabız, çox şey müşahidə edə bilərsiniz. Məsələn, həmişə xarici mahnılara üstünlük verilir. Bunun qərbə meyllə heç bir əlaqəsi yoxdur. İnsanı hərəkətə təşviq edən musiqilər alışveriş edilməsinə və satın alma qərarına müsbət təsir göstərir.


Bəs Niyə Xarici Mahnılar?

Azərbaycanca mahnılar da insanı hərəkətə dəvət edə bilər, lakin eyni zamanda sözləri başadüşüləndir. Buna görə də azərbaycanca bir mahnıda duyğularınıza xitab edən bir söz tutub bütün diqqətinizi mahnıya vermə riskiniz var. Marketinq mütəxəssisləri isə bunu istəməz. Hətta bəzi firmalar satışın aparıldığı mühitdə xüsusilə təlqinedici musiqilər qoyur və müştərilərini təsir altına almağa çalışır. 

Müştərinin Diqqətini yayındıran Əşyalar:

1- Şəkil / Çərçivələr: 

Satış görüşünü apardığınız masada gözəl vizual son dərəcə təhlükəli ola bilər. Potensial müştərinin sizi dinləməsi üçün tətbiq etdiyiniz o qədər metodu məhv edə biləcək şəkil çərçivəsi niyə masanızda olsun ki? Məsələn, maşınınızın və ya körpənizin şəkilini masanıza qoymusunuz. Apardığınız görüşün ən vacib yerində qarşı tərəfin gözü şəkil çərçivəsinə ilişdi. Birdə sizə şəkillə bağlı sual versə, demək olar ki, o görüş nəticəsiz qalacaq.

2- Akvarium:

İnsana rahatlıq verdiyi dəqiqdir. Hətta gərgin bir insanı belə rahatlaşdıra  bilər akvarium balıqları. Lakin dinclik verdiyi qədər diqqət probleminə də yol aça bilər. Göz təmasını qaçırmamağa çalışdığınız görüşdə qarşı tərəfin sadəcə masadakı akvariumu seyr etdiyini düşünə bilirsinizmi :) 

3 - Gülməli və hədiyyə əşyalar:

Sizə alınan o mənalı və bir o qədər yumoristik hədiyyəni masada ən gözəl küncə qoya bilərsiniz. Lakin gərək qonaqları (potensial görüş) da unutmayasınız. Maraqlı əşyaların diqqəti cəlb etməsi müştərinizin marağına və sizinlə olan söhbətdən yayınmasına səbəb olacaq. 

4- Geyiminizdəki aksesuarlar:

Buna olduqca fikir vermək lazımdı. Ən azından görüş günü, satış mühitində göz təmasını poza biləcək kəskin aksesuarlardan istifadə  etməyin.

5- Pişik, it:

Bəzi ofislərdə ev heyvanı bəsləmək sərbəstdir. Bunun ən əhəmiyyətli məqsədi: günün böyük hissəsini iş yerində keçirən personala dinclik vermək və evi kimi rahat olmasını təmin etməkdir. Lakin eyni mühitdə iş görüşü, satış, marketinq ediləcəksə, müştəri ofisə girən kimi  kiçik dostunuzu qəfəsinə qoyub görünməyən küncdə saxlaya bilərsiniz. 

6- Səliqəsiz masa:

Gərgin tempdə çalışarkən qələminiz bir yerdə, qeydləriniz başqa bir yerdədirsə, qısacası masanız nizamlı deyilsə, qarşı tərəfin diqqəti mütləq sizinlə olan söhbətdə yayınacaqdır.

ŞƏRH YAZIN